Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.
Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.
Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.
Əndişə sözü narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu, fikir, qayğı, dərd çəkmə mənalarına gəlir. Gələcək əndişəsi ifadəsi ilə gələcəyə aid qayğılar, istiqbalın təminat altında olması, baş verəcək hadisələrlə maraqlanmaq, ola biləcək mənfi halları düşünərək qorxuya, təlaşa düşmək nəzərdə tutulur.
Qloballaşan dünyada “Sülhdə xeyir var.” ayəsini necə başa düşməliyik?
Məsuliyyət sözü ərəb dilində “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındakı “səələ” felindən törəmişdir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır.
Gündəlik həyatda insanlar bir araya gəlir, danışır, müxtəlif mövzularda müzakirələr və söhbətlər edərək xoş vaxt keçirirlər. Möminlər də bir araya gələndə dünya və axirət həyatı üçün faydalı mövzular haqqında söhbətlər edirlər. Və ya dini elmlərdə məlumatlı olan şəxs bir mövzu ətrafında söhbət edir, danışır, digərləri də onu dinləyir. Birinci ilə ikinci söhbət qrupu arasında necə […]
Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.
Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?
Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.