Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

2. 793 dəfə oxunub 0 şərh yazılıb
Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

75 dəfə oxunub 0 şərh yazılıb
Hikmətli vəzir

Qissədən hissə: Xızırı (ə.s) görmək istəyən padşahın hekayəsi Keçmiş dövrlərdə yaşayan bir padşah Xızır peyğəmbəri görmək arzusuna düşür. Ətrafa carçılar göndərərək əhaliyə elan edir ki, kim mənə Xızırı göstərər və ya tapıb gətirərsə, onu xələt verəcəm. Külfətinin dolanışığını təmin etməkdə çətinlik çəkən kasıb bir adam bu işə girişmək istəyir. Arvadına üz tutaraq: “Bu bir fürsətdir […]

1. 066 dəfə oxunub 0 şərh yazılıb
İki yol

Cavanlar günlərin bir günü hökmdarın ordusuna qoşuldu. Hökmdarın əmri ilə uzaq bir şəhərə yola düşdülər. Bir müddət gedəndən sonra yolun ikiyə ayrıldığını gördülər, lakin hansı yolla gedəcəklərini qərarlaşdıra bilmədilər.

1. 653 dəfə oxunub 1 şərh yazılıb
Kabus

Uşaq illərimdə dar məkanlardan sıxılır və qorxduğum üçün  belə yerlərdə qalmaqdan uzaq dururdum. Yaşlandıqca bunun bir psixoloji xəstəlik olduğunu anlamışdım, ancaq bu rahatsızlıqdan da qurtula bilmirdim. Darısqal, qaranlıq, tənha yerdə qalmaq məndə fobiya halına gəlmişdi. Deyəcəksiniz heç kişilər də qorxarmı? Mən qorxuram, nə qədər ört-basdır etməyə çalışsam da bu qorxu hissini basdıra bilmirəm. Bunu çox […]

1. 882 dəfə oxunub 0 şərh yazılıb
Dünən, bu gün, sabah…

 “Bu günün işini sabaha qoyma.” (Atalar sözü) Bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik, mənalı-mənalı düşünürdü. – Nə düşünürsünüz? – deyə səyyah soruşdu. – Elə indicə bir şey kəşf etdim, – deyə alim cavab verdi və torbasından çürük bir alma çıxartdı: – Bu […]

1. 447 dəfə oxunub 0 şərh yazılıb
Balıqçı və oğlu

Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]

3. 894 dəfə oxunub 0 şərh yazılıb
Ən zəif kimdir?

Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]

2. 501 dəfə oxunub 0 şərh yazılıb
hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

4. 722 dəfə oxunub 0 şərh yazılıb
Hüd-hüdün qanadı, dərvişin cübbəsi

Hüd-hüdün qanadı, dərvişin cübbəsi

2. 415 dəfə oxunub 0 şərh yazılıb
Hədiyyə qutusu

Bəzən həyatda Allahın bizə təqdim etdiyi bir çox nemətlərlə qarşılaşırıq, ancaq sırf biz istədiyimiz kimi “bağlanmadığı” üçün (elə o hədiyyə bağlamasında olduğu kimi) yanından heç bir şey yox imiş kimi ötüb keçirik.

2. 881 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Bir ovuc qum

O, hələ evliliyinin üçüncü ayında idi. Sevdiyi adamla evlənmişdi. Üstəlik, sevildiyini də bilirdi. Ancaq yenə də nə isə yolunda getmirdi. Gənc qız bu düşüncələrlə bir gün anasının yanına getdi. Artıq günəş batmaq üzrə idi. Və ana-qız bir yerdə günəşin batmasına tamaşa etmək üçün sahildə üz tutdu…

3. 018 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Uşaq və dua

Balaca uşaq sahildə oturmuş, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Artıq bir saat idi ki, dənizə baxırdı. Onun bu vəziyyəti sahildə balıqçıları gözləyən qocanın da diqqətini cəlb etmişdi. Qoca yavaş-yavaş ona yaxınlaşdı: “Hər vaxtın xeyir, igid!” – dedi, – “Bu gün dəniz çox gözəldir, elə deyilmi?” Uşaq dalğın nəzərlərlə dənizə baxmaqda davam edirdi.

5. 720 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Dünən, bu gün və sabah

İnsan üçün zaman içərisində ömrünü yaşadığı saniyələri, dəqiqələri, saatları, günləri, həftələri, ayları və illəri ifadə edən məfhumdur. Zaman insanın sahib olduğu və xərclədiyində geri qaytara bilmədiyi Uca Allah tərəfindən ona əmanət edilən ən dəyərli nemətdir. Zaman haqqında maraqlı hekayə…

10. 210 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Hekayə : Dörd kəpənək

Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: “Bu od işıqlı bir şeydir”, – dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı.

4. 057 dəfə oxunub 2 şərh yazılıb
“Sirlər Xəzinəsində” Peyğəmbərimizin (s.ə.s) tərifi

Dahi şairimiz Nizami Gəncəvinin Sirlər Xəzinəsi adlı məşhur poemasından Peyğəmbərimiz üçün yazmış olduğu nat-şərif (Peyğəmbərimizi tərif edən şeir) Ey Mədinə yaşmaqlı, Məkkə niqablı gözəl,   Günəş nə vaxta kimi küsufda qalacaq, gəl?  Əgər aysan, nurundan bir şölə yetir pay, Əgər gülsən, bağından üstümüzə ətir yay. Səni gözləyənlərin səbri tükəndi, heyhat, Səni deyib gəliblər, onların dadına çat. Gündüzün […]

2. 235 dəfə oxunub 0 şərh yazılıb