Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Qurbanlıq heyvanı şəriətə uyğun rahat və çox incitmədən kəsmək üçün ilk növbədə iti və iri bir bıçaq hazırlanır və heyvanın görmədiyi yerə qoyulur. Sonra qurbanlıq heyvan kəsim yerinə əziyyət verilmədən gətirilir. Heyvan üzü və ayaqları qibləyə tərəf sol böyrü üstə yerə uzadılır. Arxa sağ ayağı boş buraxılaraq, digər üçü bağlanılır və qurban sahibi və ya […]
Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.
Ərəfə günü səhər namazından etibarən bayramın dördüncü gününün ikindi namazına qədər iyirmi üç vaxt fərz namazın arxasından bir dəfə “Allahu Əkbər, Allahu Əkbər, La İləhə İlləllahu vallahu Əkbər. Allahu Əkbər və Lilləhil Həmd” deyə təkbir gətirilir ki, buna da təşriq təkbiri deyilir. Təşriq təkbirinin mənası: “Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır. Allahdan başqa heç bir ilah yoxdur. O Allah hər şeydən ucadır. Allah hər şeydən ucadır. Həmd, şükür Allaha məxsusdur.”
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir.
Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.
Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.
Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib müsəlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.
Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Oruc sinirlərin qorxu və sarsıntıya, gərginliyə müqavimət gücünü artırır, insanı cəsarətləndirir, hormonal ifrazatı tənzimləyir, ruhi-mənəvi gərginliyi yatırır, fəsadlarının qarşısını alır və mənəvi rahatlıq gətirir.
Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.
Ramazan orucu həqiqi və xalis, böyük və ümumi bir şükrün açarıdır. Çünki digər vaxtlarda insanların əksəriyyəti ac qalmağa məcbur olmadığı üçün bir çox nemətin qiymətini yaxşı anlamır.
Axirətin tarlası sayılan dünyaya axirət qazancı əldə etməyə gələn bəşər övladı ramazanda ibadət və gözəl əməllərindən birə min savab qazanır. Ramazanda ibadət və gözəl əməllərin savabı birə mindir.
Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.