Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

4. 465 dəfə oxunub 0 şərh yazılıb
Dua dua dua – 5

Allahım məni önümdən, arxamdan, sağımdan solumdan və üstümdən (gələcək hər cür təhlükədən) qoru. Altımdan (gələcək bəlalarla) həlak olmaqdan Sənin böyüklüyünə sığınıram.

3. 149 dəfə oxunub 0 şərh yazılıb
Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!

2. 973 dəfə oxunub 0 şərh yazılıb
Dua, dua, dua – 3

Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.

2. 441 dəfə oxunub 0 şərh yazılıb
Nüsrət və qələbə duası

Allahım ordumuza zəfər bəxş eylə. Əsgərlərimizi mətanətli, ayıq və çevik eylə. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eylə.

11. 880 dəfə oxunub 0 şərh yazılıb
Dua dua dua

Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru!

2. 443 dəfə oxunub 0 şərh yazılıb
Koronavirusa qarşı oxuya biləcəyimiz dua

Məlumudur ki, hal-hazırda dünyada koronovirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. İnanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.

10. 928 dəfə oxunub 0 şərh yazılıb
Nüsrət və Qələbə Duası – 2

Allahım! Şüphəmiz yoxdur ki, Sən hər şeyə qadirsən, yeganə güc və qüvvət sahibisən. Allahım! İnancımız tamdır ki, düşmənlərimizə qarşı ancaq Sənin inayətinlə qarşı çıxa bilərik.

5. 516 dəfə oxunub 0 şərh yazılıb
Həzrət Əlinin “Kumeyl” duası

“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]

78. 427 dəfə oxunub 0 şərh yazılıb
İmam Şazəli Hizbul-Həmd

Rəhman və Rəhim Allahın adı ilə! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Allahım! Nə olar, sədaqət, xalis niyyət, ixlas, güclü iradə, xuşu, heybət, həya, müraqəbə, nur, yəqin, faydalı elm, mərifət, güclü hafizə bəxş eylə. Günahlardan qoruyacaq dərəcədə ismət, İslamı yaşamaqda eşq-şövq, güc, nəşə, hüzur ver. Bizlərə uca dərgahında əfvə layiq […]

4. 644 dəfə oxunub 0 şərh yazılıb
Titrək niyazlar

Bismilləhir-rahmənir-rahim Rəhman və Rəhim Allahın adı ilə! Allahım! Səndən dünya və axirətdə əfv və afiyət istəyirəm. Ey mərhəmətlilər Mərhəmətlisi, Cəlal və İkram sahibi Rəbbim, nə olar bizə də dünyada və axirətdə əfv və afiyət nəsib elə. “Allah bizə yetər, O, nə gözəl himayədardır!” “O, nə gözəl Mövla və nə gözəl yardımçıdır!” Güc və qüvvət yalnız […]

5. 791 dəfə oxunub 0 şərh yazılıb
Fərəc duası

Böyüklərdən böyükdür Allah. Bütün həmdlər yalnız Ona məxsusdur. Bütün mədh və təriflər Ona layiqdir, biz də səhər-axşam Onu təsbeh, təqdis edirik.

11. 989 dəfə oxunub 0 şərh yazılıb
Peyğəmbərimizin səhər və axşam namazlarından sonrakı zikrləri

Rəsulullah sallallahu aleyhi və səlləmin səhər və axşam namazlarında salam verdikdən sonra oxuduğu dualar. PDF olaraq yüklə لَا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيرٌ (10) ( 7 )   اَللَّهُمَّ أَجِرْنِي مِنَ النَّارِ   اَللَّهُمَّ أَدْخِلْنَا الْجَنَّةَ، اَللَّهُمَّ اجْعَلْ خَيْرَ عُمُرِي اٰخِرَهُ وَخَيْرَ عَمَلِي خَوَاتِمَهُ وَاجْعَلْ […]

12. 952 dəfə oxunub 0 şərh yazılıb
Salavat gətirməyin hikməti

Hər fürsətdə Peyğəmbərimizə (əleyhissəlatu vəssalam) səlat və salam göndərmək bir vəfa borcudur. Çünki hər bir səlat və salam həm Onun peyğəmbərliyini bir daha təbrik etmək, həm gətirdiyi əbədi səadət müjdəsinə bir təşəkkür bildirmək və həm də fərmanlarına itaət və beyəti təzələmək mənasına gəlir

6. 631 dəfə oxunub 0 şərh yazılıb
Salavat – 1

Allahım, sirlər səmasının günəşi, nurların məzhəri, cəlal dairəsinin mərkəzi, camal aləminin qütbü olan Muhəmmədin ilahi isimlərə əhadiyyət təcəllisinə ən yüksək dərəcədə layiq görülmüş lətif zatına səlat et!

5. 302 dəfə oxunub 0 şərh yazılıb
Titrək niyazlar

Allahım! Dünyanın dörd bir yanında məzlum, məğdur və dağınıq vəziyətdə olan qardaşlarımıza, dostlarımıza, bizi sevənlərə çıxış yollarını göstər!

3. 705 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Seçilmiş dualar – 1

Allahım, adı ilə bütün düyünlərin açıldığı, sıxıntıların dağıldığı, ehtiyacların qarşılandığı, istəklərin, gözəl nəticələrin əldə edildiyi və mübarək üzü hörmətinə buludlardan yağmurun yağdığı Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), onun əhli-beyti və səhabələrinə hər göz açıb-yumduqda, hər nəfəs alıb-verdikdə Sənə məlum olan varlıqların sayı qədər salat və salam olsun.

15. 057 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Seçilmiş dualar – 7

Ey Rəbbimiz! Bizim qəlbimizi, inananların və bütün insanların qəlblərini imana, İslama, Qurana, ehsan duyğusuna və Rəsulullah vasitəsilə göndərdiyin bütün həqiqətlərə aç! Uca Dərgahından lütflər ehsan edib könüllərimizi nurlandır, sinələrimizi genişləndir. Ey bütün qüsur və xətaları örtən! İşlədiyimiz bütün xəta, qüsur və günahlarımızın üstünü ört. Ey Rəbbimiz! Acizliyimizi və gücsüzlüyümüzü şəfaətçi edərək Uca Dərgahına sığınırıq. Nə […]

7. 030 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Seçilmiş dualar – 9

Ey hər şeyi var edib yardan həyat sabibi Hayy, yaratdıqlarının da varlıq və bəkasını qüdrət əlində tutan Qəyyum Rəbbim! Rəhmətinin ənginliyinə etimad edərək yalvarıram məni islah et və məni bir göz qırpımı da olsa nəfsimlə baş-başa qoyma!   Endir  

4. 416 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Seçilmiş dualar – 8

Ey bütün dua və niyazlara cavab verən Mucib Allah, dualarımızı qəbul buyur! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

6. 360 dəfə oxunub 0 şərh yazılıb