2. 377 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: Paltar mağazamız var. Şükür Allaha bir şeylər qazanırıq. Zəkat vermək istəyirəm. Zəkatı necə hesablanır?

Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. Termin mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir.
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur. Azərbaycan bazarında 2024-cü il aprel ayına görə təqribi olaraq 1 qram qızıl 100-120 manat arasındadır. Qeyd edim ki, burada xalis qızıldan söhbət gedir. Ancaq ölkəmizdə əsasən 585 və ya 750 prob qızıl daha çox istifadə olunur, alınıb-satılır. Onu əsas götürsək o zaman 6000 manata görə zəkat hesablanır. Bu hissəsi müzakirəyə açıqdır. Digər yandan, qadının şəxsi istifadəsində olan qızıl zinət əşyası zəkata tabe olmur. (Bu görüş Şafei məzhəbinə görədir. Hənəfi məzhəbinə görə onlar da zəkata tabedir. Ümumi hsab çıxarılarkən onun dəyəri də hesaba əlavə olunur.) Ancaq valyuta kimi saxlanc məqsədi ilə alınan qızıl, zinət əşyaları zəkata tabedir. Gəlir gətirən mallar dedikdə ticarət malları nəzərdə tutulur. Ancaq gəlir gətirməyən ev, maşın, torpaq zəkata tebe deyil. Satıldığı zaman onların zəkatı verilməlidir. Şəxslərin şəxsi istifadəsində olan maşın(lar), ev(lər), ticarət avadanlıqları zəkata tabe deyil. Ancaq maşını taksi kimi işlədirsə, evi də kirayəyə vermişsə onların da kira gəlirdən zəkat verilir. Əlimizə imkan düşüb aldığımız, təmirli və ya təmirsiz mənzil əgər boşdursa zəkata tabe deyil. Ucuz düşüb aldığımız maşın, sürülməyib qarajda qalarsa zəkata tabe deyil, ta ki satılana kimi, satıldıqda zəkata tabe olar. Satın alınan və ya istehsal olunan, anbarda saxlanılan ticarət malı zəkata tabedir.

Ticarət mallarda zəkat belə hesablanır. Misal verək. Tutaq ki, biz keçən il mart ayında bir qismi əlimizdəki pul, bir hissəsi də borc olmaqla paltar mağazası açdıq. Üzərindən bir il keçdi. Bu arada mağazanın yeri kiradır. İçinə vitrin, maneken, rəf, stol, kompüter və s. almışıq. Bir ilin sonunda içindəki malımızın  və əlimizdə bütün pulun dəyəri, bütün rəsmi və qeyri rəsmi xərcləri, borcları çıxdıqdan sonra günümüz şərtləri ilə 8000 (səkkiz min -80,18 qram qızıl) çox olarsa bizlərə zəkat fərz olar. Ümumi zəkatı hesablayarkən əlimizdə dollar, manat, qızıl, zinət əşyası və s. kimi saxlanc pulumuz varsa onlar da üzərinə əlavə olunur, birlikdə hesablanır. Ümumi dəyərinin 2.5% zəkat olaraq verilir. Misal üçün 10.000 (on min) manat məbləğində olarsa, 250 manat zəkat borcu yaranar. Yuxarıda da qeyd etdim, borclar, kirayə haqqı, maaş, vergi və s çıxılandan sonra xalis mənfəətdən zəkat verilir. Xalis mənfəət pul olduğu kimi, mağazada pulu ödənlib, borcu çıxılandan sonra əlimizdə qalan mal da maya dəyəri üzərindən buraya daxildir. Mağazada istifadə olunan stol, stul, vitrin hesablanmaya daxil deyil. Şirkətə aid, istifadə olunan avadanlıqlar, maşın və s. də zəkata tabe deyil, çünki onları işlədirik.
Xülasə olaraq deyə bilərik ki, hər bir şəxs ildə bir dəfə zəkatını hesablayıb verməlidir. Zəkat əldə var olan saxlanc puldan, qızıldan və ticarət malından, satılan daşınmaz əmlakdan və maşından verilir. Zəkatda nisab miqdarı, 80,18 qram qızıla görə hesablanır. Təqribi olaraq 6000 və ya 8000 manatı keçən şəkildə əldə olan mal varlığının 2,5% zəkat olaraq verilir.
Bunu da yaddan çıxarmamaq lazımdır ki, zəkat və sədəqə malımızı təmizləyər, bərəkətini artırar. 80,18 qram qızıla əsasən təyin edilən nisab miqdarı və 2.5% əlibərk, xəsis adamlar üçün təyin edilən üst limitdir. Hər bir şəxs öz vicdanı ilə hesablaşaraq, gəlirindən bir miqdarını Allah rizasını qazanmaq üçün ehtiyac sahiblərinə verməlidir.
Hər şeyin doğrusunu Allah bilir. Allah yar və yardımçınız olsun. İşinizə bərəkət versin. İmanınızı artırsın.



Açar sözləri

nisab sədəqə zəkat

Bənzər məqalələr

Sədəqeyi-cariyə

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.

“Kasıba” əl uzatmaq

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.


1 şərh yazılıb
  1. Sahil , 16/09/2024 tarixində, saat 07:09

    Çox gözəl izah edilib. Təşəkkür edirəm!

Şərh yaz