288 dəfə oxunub ,   0 şərh   Çap et

Kasıb deyiləndə ağlımıza ilk gələn qarşılığı yoxsul, maddi ehtiyac sahibi insandır. Əslində kasıb kəlməsi dilimizə ərəbcədən keçib, daha sonra öz leksik mənasını itirərək tam əksi mənaya bürünüb. Kasıb sözü (كاسب) ərəb dilində kə-sə-bə (كَسَبَ) felinin ismi-failidir. Kəsəbə, qazanmaq deməkdir. Kasıb da, qazanan mənasına gəlir. Ərəb dilində yoxsulun qarşılığı miskin və fəqir kəlmələridir. Hərçənd ki, dilimizdə də kasıbla yanaşı yoxsul, fəqir, çulsuz kəlmələri də istifadə olunur. Əslində ərəb dilində fəqir deyildikdə müəyyən qədər imkanları olsa da maddi ehtiyacı olan adam nəzərdə tutulur. Miskin isə heç bir şey olmayan adam üçün istifadə olunur, çulsuz kəlməsi onun tam qarşılığı sayıla bilər.

إِنَّمَا الصَّدَقَ اتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖفَرِيضَةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.” (Tövbə, 9/60) Ayədə zəkat və sədəqələrin kimlərə veriləcəyi bildirilmişdir.

Zəkat və sədəqənin veriləcəyi yer deyincə hamının ilk ağlına gələn ünvan kasıb və yoxsul insanlardır. Ancaq ayədə kasıb və yoxsuldan başqa əlavə olaraq altı fərqli ünvanı da zikr edilir.

Yazının başlığına diqqət edilərsə kasıb kəlməsi dırnaq içərisində yazılıb. Hamı bilir ki, söz dırnaq arasında yazılıbsa məcazi məna daşıyır. Bəli, bu gün ətrafımızda halı-vaxtı yerində olan, maddi heç bir çətinliyi olmayan, ancaq dindən, imandan, ibadətdən, bir sözlə Allahdan xəbərsiz bir xeyli adam var. İnanan hər bir insan bilir ki, bu dünya imtahan yurdudur. Əsl həyat axirət həyatıdır. İnsana bu dünyada yaşadığı həyata görə orada qarşılıq veriləcək. Bu dünyada ağlımız kəsəndən ölənə kimi yaşadığımız hər bir anın hesabını verəcəyik. İlk soruşulacaq şey iman, daha sonra ibadət və saleh əməllərdir… Əgər bir insanın bu dünyadan ayrılarkən heybəsi boşdursa, o biri tərəfdə vay halına. Əslində əsl yoxsul, kasıb odur. Üstəgəl bu dünyada qazandığı malı-mülkü də yerində istifadə edilmədiyi üçün axirətdə başına bəla olacaq, boynuna dolanacaq. Allaha yalvaracaq “nə olar malımın hamısını alın, məni bağışlayın” deyəcək. Gördü olmadı, “təkrar dünyaya göndər, yaxşı işlər görüb, hüzuruna elə gəlim” deyə yalvaracaq. Bunlar da fayda verməyincə, cəhənnəmin uğultusundan canına vəlvələ düşüncə yox olmağa təmənni edəcək. Allah belə vəziyyətə düşməkdən bizləri qorusun.

İnanan insan bilir ki, axirət var, hesab var. Ancaq yaşadığımız dövrdə maddəciklik elə yer edib ki, bizlər axirətə tam inanmırıq. Orada qarşılaşılacağımız ağır hesaba qarşı etinasız yanaşır, əhəmiyyət vermirik. Allahın vəd etdiyi haqq-hesab günü əlbət gələcək, ondan qaçış yoxdur. İnanan, inanmayan hamı bir nəfər kimi hesab verəcək.

Əgər inanırıqsa axirət var, hesab var, o zaman yanğıdan ailə fərdlərini qurtarmaq üçün can atan insan kimi, ətrafımızdakı insanlara əl uzatmalı, onların da iman neməti ilə tanışmasına çalışmalıyıq. Onların da axirət heybəsini doldurması üçün təşviq etməli, “yolda qalmışlara” əl uzatmalı, yardım etməliyik.

İftar süfrələrini ehtiyac sahiblərinə açdığımız kimi, imandan və saleh əməldən kasıb insanlara da açmalıyıq. Onları oruc tutmağa, alınlarını səcdəyə qoymağa, namaz qılmağa və günahlarının bağışlanması üçün Uca Allaha dua etməyə təşviq etməliyik. Yoxsa axirət günü, ya bizi vəfasızlıqla günahlandıracaqlar, ya da yaxamızdan yapışacaqlar ki, “niyə bilirdiniz də bizə də demədiniz” deyəcəklər.

Ayədə sədəqə və yardımların veriləcəyi yerlərdən biri də müəlləfəyi-qulubdur, yəni qəlbləri İslama yeni isinən və ya isindiriləcək insanlardır. Bəli, ətrafımızda bu cür “kasıblara” da əl tutmaq lazımdır ki, onlar da bu dünyadan heybəsi boş getməsinlər.  



Açar sözləri

kasıb sədəqə yardım yoxsul

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Fitrə pulla yoxsa mal ilə verilməlidir?

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?


Şərh yaz