Şəvval ayında altı gün nafilə oruc tutmaq sünnətdir. Bu orucun əvəzinə qəza orucu tutmaq olarmı?
Ramazandan sonrakı şaban ayında altı gün oruc tutmaq sünnətdir. Bu orucu ayrı-ayrı günlərdə və ya dalbadal tutmaq olar. Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar.” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Savm, 52).
Bəli, Rəsulullah (s.ə.s.) şəvval orucunu ayrıca tutmağa təşviq etmişdir. Müəyyən səbəblərə görə, başqa vaxtlarda (yaxınlaşan hamiləlik və s.) ramazandan qəzaya qalan oruclarını tuta bilməyənlər şəvval orucu əvəzinə qəza orucu tuta bilərlər. Qəza, nəzir və s. orucları bu günlərdə tutanlar eyni savaba nail olarlar. Aybaşı səbəbilə ramazanda qəzaya qalan orucları şəvval ayında tutan qadınlar da eyni əcri qazanarlar.
İl ərzində ramazan orucunun qəzasını tutmağa gücü çatanlar şəvval ayındakı 6 günlük sünnət orucu tutmağı məsləhətdir.
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.