404 dəfə oxunub ,   0 şərh   Çap et

Quranı Kərimdə keçən (Ali İmran 3/79; Maidə 5/44, 63) rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rəbbi, “Rəbbin ardınca gedən” deməkdir; Rəbbani dedikdə, Rəbbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur. Quranda yəhudi ənənəsinə istinad edərək üç yerdə işlənən rabbaniyyun sözü, məna olaraq, alim, hikmət sahibi, arif kimi mənalara gəlir. Yəni Tövratı bilən və onun hökmlərinə uyğun həyat yaşayan, ibadət və təqva əhli insanlara bu ad verilir. Rəbbani kəlməsinə “dində və elmdə dərinləşmiş, həm elmdə, həm əməldə, həm də müəllim olaraq kamilliyə çatmış şəxs” mənası da verilmişdir. Bu sözün əslən suryani və ya ivrit dilinə aid olduğu bildirilir. Ərəb dilində “fəqih və alim” mənasına qarşılıq gəlir. (Tacul-arus, “rbb” həmçinin  Lisanul-Arab, “rbb” bəndi.; Rağib İsfahani , Müfrədat, “rbb” maddəsi. Hər üç kitab məşhur lüğətlərdir.). Ərəb, İbrani və Süryan dillərinin sami dil ailəsinə aid olduğunu nəzərə alsaq, hər üç dildə olması təbiidir.

مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ

“Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” – demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbanilər olun!” (Ali İmran, 3/79)

Quran termini olan bu kəlimə İslam alimləri tərəfindən də istifadə edilmişdir.  Rəbbani, Allah rizasını qazanmağı hədəf halına gətirən, bədənin və nəfsinin arzularını aşaraq, qəlbi və ruhi həyat yaşayan dərin mənəviyyat sahibi şəxsdir. Rəbbaniyyun, alim olmaqla yanaşı ilk öncə özünü, sonra da başqalarını elm, hikmət, gözəl əxlaq ilə tərbiyə edən, cəmiyyətin dini və dünyəvi işlərindən məsul olan insanlardır. (Təbəri, III, 325-327; IV, 250; İbn Kəsir, II, 603; Rəşid Rza, VI, 398). Rəbbanilər şəxsi həyatlarında Allaha bağlılığı ilə yanaşı, başqalarına da rəhbərlik edər, əlindən tutar, yol göstərər. Allahı özləri sevmələri ilə yanaşı başqalarına da sevdirməyə çalışarlar. Onlar başqa insanlara bu dünyada var olmanın qayəsini göstərər, kainat kitabını və Quranı Kərimi birlikdə necə mütaliə ediləcəyini öyrədərlər. Onlar üçün dünya axirəti qazanmaq üçün imtahan yeridir. İnsan burada müsafirdir. Əsl həyat axirət həyatıdır

Quranı Kərimdə bir yerdə də yaxın mənalı ribbiyun kəlməsi keçir. (Ali İmran 3/146) Ribiyyun, “Rəbbinə qulluq edən” mənasını gəlir və ribbi sözünün cəmidir. Ribbiyunlar rabbanilərə tabe olar, onların yolunu izləyərlər. (Təcül-Arus, “rbb” art.; Təbəri, III, 117-119; Əlusi, III, 129, Elmalılı Muhamməd Hamdi, II, 440). Ribbi, Allah rizasını qazanmaq yolunu seçmiş şəxsdir.  Rəbbani isə bununla yanaşı mürşid, yol göstərəndir.

وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda rəbbanilər mübarizə aparmışlar. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və düşmənlərinə boyun əymədilər. Allah səbir edənləri sevər. Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və düşmənə qarşı bizə yardım et!” – deyirdilər.”  (Ali İmran, 3/146-147)

Ramazan günlərində fərdi inkişafı adına ciddi çalışmalar edən, qulluqda dərinləşən insanlar vardır. Ramazanı dolu-dolu yaşamağa çalışırlar. Gündüzləri zatən oruclu olurlar. Gecələrini də namazla taclandırarlar. Dilindən zikir düşməz, çalışar namazların vaxtında, hətta  əl verirsə camaatla qılarlar. Quranı Kərimi xətm etməyə çalışar, hətta Ramazan ümrəsi edər, Məscidi Haramda  etikafa çəkilərlər. Bu hal xəfifə alımayacaq, önəmli cəhddir. Belə şəxslər Ramazandan həqiqi mənada qazanclı çıxarlar.

Bir də Rəbbani olmaq yolunu seçmiş xas möminlər vardır. Onlar da gücləri çatdığı nisbətdə birincilər kimi ibadətləri yerinə yetirirlər. Bununla yanaşı peyğəmbərlərin ən əsas göndəriliş qayəsini özlərinə yol kimi seçən bu şəxslər, təbliği həyatlarının mərkəzinə yerləşdirərlər. Onların həyatda əsas amalı  budur, inandığı, hiss etdiyi, qazandığı gözəllikləri başqalarının da yaşamasını arzu edərlər. Bu məqsədlə iftar süfrəsi açar, insanları dəvət edər, heç oruc tutmayan şəxsə oruc tutmağa təşviq edər, məscidə heç vaxt girməyən, alnı səcdəyə dəyməyən şəxsi qolundan tutub məscidə aparar, səxavətli olar, bol-bol infaq edər, ehtiyac sahiblərinə ərzaq yardımı edər və s. Evlərində də Ramazan abı-havası heç tükənməz. Xanımları da onlara dəstək olur. Dadlı iftar yeməkləri hazırlayar, hər gün süfrə açar, bulaşıqları yuyar və bunu edərkən bezginlik göstərməz, hər gün daha bir şövqlə yorulma bilmədən bu işi görərlər. Bu ev işləri belə kim bilir onlara nə savablar qazandırar. Belə şəxslər əslində Ramazanı fərqli bir şüurla yaşayar. Bir növ hər gecəni dolu-dolu yaşayar, əhya etmiş kimi savab qazanarlar. İmana və Qurana xidmət etmək şüuru ilə yaşayan bu insanların qazancları da qatlanaraq əməl dəftərinə yazılar. İmam Rəbbani həzrətlərinin dediyi kimi, təkcə bir Ramazanı bu şəkildə əhya etməklə bütün ömrünü Haqq yoluna həsr edənlərin mükafatlarına çatmaq mümkün deyildir.

 



Açar sözləri

Ramazan rəbbani ribbiyun

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz