904 dəfə oxunub ,   0 şərh   Çap et

Avqust ayının əvvəlləri idi. Hava həddindən artıq isti di. Qızmar günəş səhərin erkən saatlarından etibarən hər şeyi yandırıb-yaxırdı. Hər kəs sərinləmək üçün kölgəlik axtarırdı. Yer Bağdad şəhəri idi. Səhər tezdən bazarda alış-veriş başlamışdı. Hər kəs malını tərif edir, müştərini özünə cəlb etməyə çalışırdı. Ona görə bazarda səs, səsə qarışmışdı.

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Naəlac qalan adam fəryad edərək: “Sərmayəsi hər an azalan bu kasıba mərhəmət edin!”– deyərək qışqırmağa başladı. İnsanlar onun ətrafına yığıldı. Hamı nə baş verdiyini anlamağa çalışırdı. Nəhayət bir nəfər:

 -Niyə qışqır-bağır salıbsan, de görək nə olub?”-deyə dilləndi.

-Buzlar, buzlar əriyir. Nə olar bir parça buz alın, mənə kömək edin.

-Altı-üstü buzdur da, niyə fəryad-fəğan qoparırsan?

Zavallı adam cavab verdi:

-Axı əriyir.

O əsnada tələbələri ilə oradan keçən Cüneyd Bağdadi bu sözlərini eşidincə ayaq saxladı. Huşunu itirən kimi oldu. Olduğu yerə çöküb oturdu. Başını əlləri arasına aldı. Tələbələri təlaşlandılar. Görən müəllimlərinə nə oldu?

Cüneyd Bağdadi, “Bu adamın sözlərinə diqqət yetirin!” deyərək, nəzərləri buz satan adama yönəltdi.  Adamın içinin yandığı səsindən anlaşılırdı. Var-gücü ilə qışqırırdı: “Sərmayəsi hər an azalan bu fəqirə mərhəmət edin!”

Həzrət, bu mənzərənin qarşısında irkilmişdi. O an içinə dolan hislərini tələbələri ilə bölüşdü.

“Bu yaşlı adamın sözlər məni çox sarsıtdı. Əriyən sadəcə buzlar deyil, eyni zamanda ömrümün də əridiyini hiss elədim. Hərarət, qızmar günəş adamın maddi sərmayəsi olan buzları əridib azaltdığı kimi, zaman da əsil sərmayəmiz olan ömrümüzü yeyib bitirir. Saniyə-sa­niyə, dəqiqə-dəqiqə ömür buzumuz əriyir, hiss edə bilirsinizmi? Sahib olduğunuz ən dəyərli sərmayə ömürdür. Onun nə qədərini Allaha sata bilsək, yəni Onun yolunda sərf eləsək, əlimizdə o qədər kar qalacaq. Geridə qalan, satılmadan əriyib torpağa damlayan buzlar kimi boş-boşuna ziyan olub gedəcək. Ayrıca bizdən də hesabı soruşulacaq. Bunu heç vaxt yaddan çıxartmamalıyıq. Adamın buzlarının əriməsinə görə keçirdiyi təəssüf hissini, ömrünü lazımsız işlərdə tükətdiyi halda düşünə bilməyən biz zavallı insanlara nə deməli?!” Böyük vəli ayağa qalxdı, yoluna davam etdi. Tələbələri də başı aşağıda, düşünə-düşünə onun arxasınca gedərək, onu təqib etdilər.

Əriyib gedən sərmayə ömür, axıb gedən… axdığı unudulan da odur. Hər nəfəs alıb verdikcə geriyə dönüşü imkansız şəkildə, qum saatı misalı, ömrümüz də azalır. Yaxınlaşan əcəl, azalan ömür, doymaq bilməyən nəfsin istəkləri, bu uğurda çəkdiyimiz “əziyyətlər”, artan üsyanımız, üst-üstə kündələnən günahlar, qəflət içində keçən günlər…

“Necə istəyirsən elə yaşa, fəqət bil ki, bir gün mütləq öləcəksən. Kimi sevirsən sev amma unutma ki, bir gün ondan ayrılacaqsan. İstədiyin kimi hərəkət et, lakin bunu yaddan çıxartma ki, hər etdiyinin qarşılığını mütləq görəcəksən.” (Hakim, Müstədrək, 4/360; Təbərani, Mucəmul-Əvsad, 4/306)



Açar sözləri

hekayə zaman

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

Ən zəif kimdir?

Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]

Bu günün işini sabaha qoyma

Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”

Hüd-hüdün qanadı, dərvişin cübbəsi

Hüd-hüdün qanadı, dərvişin cübbəsi


Şərh yaz