Bir dua…

Bu duanı beş vaxt namazdan sonra oxumaq olar. Hər namazdan sonra oxumaq uzun çəkə bilər. Buna görə də bu uzun duanı beş yerə bölə və ya təkcə bir vaxtda, hətta həftədə bir dəfə oxumaq olar.

8. 078 dəfə oxunub 0 şərh yazılıb
Əuzu-bismillah

Bir işə başlayarkən və  hər hansı bir münasibətlə (“Bismillahir-rahmənir-rahim”dən qabaq) “əuzu billəhi minəş şeytanir racim”, ­ yəni “Qovulmuş (Allahın rəhmətindən uzaqlaşdırılaraq lənətlənmiş) şeytanın şərindən Allaha sığınıram” demək “istiazə” və ya “əuzu çəkmək” adlanır.

18. 967 dəfə oxunub 0 şərh yazılıb
Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.

7. 325 dəfə oxunub 0 şərh yazılıb
Subhanəkə duası

Allahım! Sən bütün nöqsanlardan uzaqsan. Səni daim öyürəm. Sənin adın bərəkət qaynağıdır. Sənin şanın nə ucadır. Səni mədh etmək şərəfdir və gerçək ilah yalnız Sənsən.

57. 154 dəfə oxunub 1 şərh yazılıb
İftitah təkbiri

İftitah “başlamaq, qapını açıb içəri girmək” mənasındadır. Təkbir “böyütmək, uca bilmək, böyük görmək”, yəni “Allahu Əkbər” deməkdir.

1. 931 dəfə oxunub 0 şərh yazılıb
Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

1. 560 dəfə oxunub 0 şərh yazılıb
Mərhumun adına oruc tutmaq

Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”

3. 028 dəfə oxunub 0 şərh yazılıb
Niyə məhz bir ay oruc tuturuq?

Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır”.

2. 757 dəfə oxunub 0 şərh yazılıb
Xüşu nədir?

Xüşu qorxu və sevgi ilə Allahın əmrlərinə itaət etməkdir, qəlbən sevgi və riayətdir. Hudu isə Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir.

2. 918 dəfə oxunub 0 şərh yazılıb
Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

19. 029 dəfə oxunub 0 şərh yazılıb
Göz damcısı orucu pozur?

Göz damcısı orucu pozmur.

9. 245 dəfə oxunub 0 şərh yazılıb
Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

81. 266 dəfə oxunub 1 şərh yazılıb
İmam Şafei

İmam Şafei 767-cı ildə (h. 150) Qəzzada dünyaya gəlmiş, 820-ci ildə (h. 204) Misirdə vəfat etmişdir.

1. 689 dəfə oxunub 0 şərh yazılıb
İsraf və qənaət

İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.

41. 721 dəfə oxunub 0 şərh yazılıb
Təsbeh namazı

Sənə on faydası olan bir ibadət öyrədəcəm. Bunu etsən, Allah ilk-son, köhnə-yeni, bilərək və ya bilməyərək, kiçik-böyük, gizli və ya aşkar işlədiyin on günahını bağışlayar…

18. 252 dəfə oxunub 1 şərh yazılıb
Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

2. 936 dəfə oxunub 0 şərh yazılıb
Sədəqeyi-cariyə

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.

2. 819 dəfə oxunub 0 şərh yazılıb
Cəlsə və qadə nədir?

Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.

4. 255 dəfə oxunub 0 şərh yazılıb
Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

3. 469 dəfə oxunub 1 şərh yazılıb
Qadın-kişi bərabərliyi

insan olma yönü ilə qadın və kişi bərabər yarılardır (hissələrdir). Ancaq qətiyyən biri digərinin eyni deyildir. Yəni bunların fitrətləri, ruh və psixologiyaları tamamilə fərqlidir. Qadın fiziki və ruhi baxımdan kişiyə bərabər ola bilmədiyi kimi, kişi də ona bərabər ola bilməz. Nə kişi qadının bioloji cəhətdən daha inkişaf etmiş bir versiyası (şəkli), nə də qadın kişinin az inkişaf etmiş bir tipidir.

7. 991 dəfə oxunub 0 şərh yazılıb