Alimlər sübut etmişlər ki, orqanizmin toksinlərdən təmizlənib yenidən bərpa olunması və əvvəlki aktivliyini geri qaytarması üçün ən azı dörd həftə vaxt lazımdır. Məsələn, Moskvalı professor Y. S. Nikolayev (1905-1998) özünün “Sağlamlıq üçün ac qalmaq” kitabında (1976) yazır: “Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır.” İnsanı yaradan Allahdır və O bilir ki, nə ona fayda verə bilər. Həmçinin alimlər təsdiqləmişdir ki, müəyyən vərdişdən əl çəkməsi üçün insana iki həftə, bəzən də çox müddət lazımdır.
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.