Sual: Vəfat edən şəxsin əvəzinə oruc tutmaq olar?
Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur:
“Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”[1]
“Kim üzərində bir ay oruc borcu olaraq ölərsə, (ailəsi və ya yaxınları) onun adından hər gün bir nəfərə yemək yedirsin.”[2] Bu səbəbdən vəfat etmiş şəxsin əvəzinə oruc tutmaq yox, onun tuta bilmədiyi oruclarının fidyəsini verməyə çalışmaq lazımdır.
Oruc tuta və eyni zamanda fidyə verə bilməyən şəxs nə etməlidir?
Oruc tutmaqdan aciz olan yaşlı və ya xəstə şəxsin fidyə verməyə də gücü çatmırsa, əlinə imkan düşən kimi həmin fidyələri ödəməyə çalışmalıdır. Buna də imkanı çatmasa, malından ödənməsi üçün vəsiyyət etməlidir.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.
Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:
Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.