Gözə damızdırılan dərmanın çox az hissəsi (1 millilitrin 1/20-i olan 50 mikrolitr) içəridə qalır. Bir qismi gözün qırpılması nəticısində xaric olur, geri qalanı da göz ilə burun boşluğunu birləşdirən kanallar və selikli qişadakı məsamələr vasitəsilə əmilərək bədənə sorulur. Damcının çox az hissəsinin qida borusuna çatma ehtimalı var. Bu səbəbdən deyə bilərik ki, göz damcısı orucu pozmur.
Bundan əlavə, “Fətavayi-Hindiyyə”də verilən fitva belədir:
“Gözə damızdırılan dərmanın dadı boğazda hiss edilsə, oruc pozulmur.“
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.