Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır
Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.
Rəbbimizi tanıyıb bilmək, Ona yaxınlaşmaq, Onu sevmək və Onun tərəfindən sevilmək, bir sözlə, Allahın razılığını qazanmaq bizim yaradılış qayəmizdir.
Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirdi.
Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.
Bəzən bilərək, bəzən də bilməyərək qərəzin bizim gündəlik həyatımızda və qərarlarımızda fərqli təzahürlərini görə bilərik. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıran möminlər də qərəzi bilməli və qərəzdən qorunmaq üçün çalışmalıdırlar.
“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.”
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.
Allahın yüzdən bir əksik 99 ismi vardır. Kim bu isimləri (öyrənib haqqı ilə əməl edərək) sayarsa cənnətə girər.
İncinmə, incidəndən. Kamalda nöqsan imiş. İncinmə, incidəndən.
Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada yalan olmaz!” – deyə qışqırır.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.
Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.
Allahım ordumuza zəfər bəxş eylə. Əsgərlərimizi mətanətli, ayıq və çevik eylə. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eylə.
Həzrət Abdullah (r.a) İslamiyyətin ilk illərində müsəlman oldu. Müşriklərin ağır işgəncələrinə məruz qaldı. Peyğəmbərimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Bir müddət orada qaldı.
Yaşadığımız dövrdə bir çox dəyərimizi itirmişik. İtirilən dəyərlərdən biri də qardaşlıq ədəbidir. Qardaşlıq ədəbi yetim qaldığı üçün qardaş-bacı, yaxın qohumlar arasında parçalanma, qarşıdurma, düşmənçilik baş alıb gedir, ailələr parçalanır, fərdlər bir-birindən uzaqlaşır. Buna görə də neçə-neçə valideynlərin, möhtərəm şəxslərin gözləri yaşlı qalır, hətta bəziləri bu nisgil ilə dünyadan köçüb gedir. Bu məqsədlə başda yaxınlarımız olmaqla […]
Deizm, kainatın Yaradıcısı olduğunu qəbul edib, dinləri inkar edən fəlsəfi düşüncə ilə yanaşı özünəxas teoloji anlayışı olan bir hərəkatdır. Əslində İslamın təqdim etdiyi Allah inancı onların Tanrı anlayışı üst-üstə düşmür. islam görə elə tanrı yoxdur. .
maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…