2. 868 dəfə oxunub ,   0 şərh   Çap et

Dua dua dua – 5

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

لَا إِلَهَ إِلَّا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمَ مَغْفِرَتِكَ وَالْعِصْمَةَ مِنْ كُلِّ ذَنْبٍ وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالسَّلَامَةَ مِنْ كُلِّ إِثْمٍ لَا تَدَعْ لِي ذَنْبًا إِلَّا غَفَرْتَهُ وَلَا هَمًّا إِلَّا فَرَّجْتَهُ وَلَا حَاجَةً هِيَ لَكَ رِضًا إِلَّا قَضَيْتَهَا يَا أَرْحَمَ الرَّاحِمِينَ . لاَ إِلهَ إِلاَّ اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سـُبْحَانَ رَبِّ السَّـموَاتِ السَّـبْعِ وَرَبِّ الْعَـرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ. اَللّهُمَّ كَاشِـفَ الْغَمِّ مُفَرِّجَ الْهَمِّ مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ إِذَا دَعَوْكَ رَحْمانَ الدُّنْيَا وَاْلاخِرَةِ وَرَحِيمَهُمَا فَارْحَمْنا فِي حَاجَتِنا هَؤُلاَءِ بِقَضَائِهُنَّ  وَنَجَاحِهُنُّ رَحْمَةً تُغْنِينا بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ
اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَافِيَةَ فِي الدُّنْيَا وَالْاَخِرَةِ، اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنياي وَأَهْلِي وَمَالِي، اَللَّهُمَّ اُسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اَللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

Bismilləhirrahmənirrahim

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

Həlim və Kərim Allahdan başqa ilah yoxdur. Ərşi-əzəmin Rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəbbim! Səndən, mərhəmətini cəlb edəcək şeyləri, gerçəkləşməsi mütləq olan məğfirətini, günahdan qorunmağı, hər cür yaxşılıq etməyi, hər cür günahdan da əmin olmağı istəyirəm. Ey Rəbbim! Əfv edib, bağışlamadığın hər hansı bir günahım, dəf etmədiyin kədərim, Sənin rizana uyğun, ancaq həll edə bilmədiyim heç bir ehtiyacım qalmasın. Ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım! Dualarımı qəbul eylə.

Uca və Əzəmətli Allahdan başqa ilah yoxdur. Həlim və Kərim Allah yeganə ilahdır. Yeddi qat səmanın və Ərşi-Əzəmin Rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

Ey dərdi-kədəri qaldıran, dua etdiklərində çarəsizlərin duasına qarşılıq verən Allahım! Ey dünya və axirətin Rəhman və Rəhimi! Məruz qaldığım dərd və narahatlıqlarımı, ehtiyaclarımı aradan qaldır. Ey Rəbbim mənə elə mərhəmət elə ki, Səndən başqasına möhtac olmayım.

Allahım, səndən dünya və axirətdə hüzur, afiyət istəyirəm. Allahım! Səndən dinim, dünyam, ailə fərdlərim və malım haqqında əfv və afiyət istəyirəm, Allahım eyiblərimi ört, qorxduğum şeylərdən əmin elə, Allahım məni önümdən, arxamdan, sağımdan solumdan və üstümdən (gələcək hər cür təhlükədən) qoru. Altımdan (gələcək bəlalarla) həlak olmaqdan Sənin böyüklüyünə sığınıram.

Allahım baş verən və verə biləcək hər növ yeraltı və yerüstü fəlakətlərdən, bəla və müsibətlərdən Sənə sığınırıq. Başda qardaş ölkə Türkiyə olmaqla Suriyada və digər yerlərdə baş verən zəlzələ və dağıntılar nəticəsində dünyasını dəyişənlərə rəhmət eylə! Malını-mülkünü, evini-eşiyini itirənlərə səbir ver! Dağıntılar altında qalanlara bir an əvvəl xilas olmaq imkanı bəxş eylə! Onlara dayanma güc ver! Xilasetmə işində çalışanlara da güc və qüvvət ver! İşlərini asan et! Baş verən fəlakət hadisəsini aradan qaldırmaq üçün çalışan rəhbərləri, işləri nizama qoymada müvəffəq et. Hava şəraitini əlverişli hala gətir. Xəstələrə Şafi ismin adına şəfa ver. Ya Şafi! Ya Kafi! Ya Vafi! Xəstlərə şəfa ver!

Allahım, başda Türkiyə olmaqla İslam dünyasını, bütün bəşəriyyəti hər cür fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən qoru. Bizləri bir eylə. Aradakı küskünlükləri, ayrılıqları ortadan qaldır.

Hər yöndən Sənə möhtacıq. Acizliyimizi, çarəsizliyimizi, ehtiyac içərsində olmamızı dərk edərək yalvarırıq. Nə olar, dualarımzı qəbul eylə. Amin.

Dua dua dua 5 word doc formatında endirmək üçün daxil olun.

Qeyd: Ərəb dilində şirift traditional-arabic buradan yükləyə bilərsiniz

 



Açar sözləri

dua dua dua

Bənzər məqalələr

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


Şərh yaz