İtaəti Həzrət Adəmdən (ə.) öyrənmək lazımdır. O, bir balaca büdrəyən kimi onu yıxılmaqdan qoruyan Rəbbinə üz tutub belə deyir: “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz ikimiz də özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”
Əkinçilik sahəsində yeniliklər ediləcək. Bu islahaltlar nəticəsində iyirmi nəfərlik nar yetişdiriləcək, bir nar qabığının altında bir adam kölgələnə biləcək.
Ümumən İslam alimləri “iman”la “İslam” kəlmələrinin bir-birindən fərqlənmədiyini və eyni məna kəsb etdiyini bildirmişlər. Ancaq bəzi alimlərə görə, bu iki anlayış arasında incə bir fərq vardır.
Qadın ərinin icazəsi ilə işləyib qazana bilər. Qadının qazandığı pul hüquqi baxımdan özünə məxsusdur. O, bu pulu istədiyi kimi xərcləmək hüququna malikdir.
Hər hansı bir işə ta plan mərhələsindən ciddi yanaşmasanız, o işi möhkəm məntiqi bünövrəyə oturtmasanız, növbəti mərhələlərdə həllolunmaz problemlərlə qarşılaşa bilərsiniz. Bir binanın dizaynını, planını çəkmədən və işlənəsi materiallarını hesablamadan inşaata başlasaq, işin gedişatında “sök-tik”lərdən baş qaşımağa vaxtımız olmaz. Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. […]
Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur. Əgər insanların davranışlarında mənfi hallar yoxdursa, dinimiz həmin […]
Həccin səhih olması üçün bu 3 şərtə əməl etmək lazımdır: ehram, zaman, məkan
Aylıq və ya həftəlik işləyib maaş alan dövlət işçisinin, həkimin, vəkil, mühəndis, dərzi kimi sərbəst işləyən peşə sahiblərinin qazancına zəkat düşüb-düşməməsi ilə bağlıGöründüyü kimi, bu gəlirlər nisab miqdarına çatdığı zaman hər iki fikrə görə, zəkatı verilir… bu gəlirlər nisab miqdarına çatdığı zaman hər iki fikrə görə, zəkatı verilir
Müalicə məqsədilə buruna damızdırılan dərmanın bir damcısı təxminən 0, 06 sm3-dir. Bunun bir hissəsi selikli qişa tərəfindən sorvulur, çox cüzi hissəsi də mədəyə qədər gedib-çatır. Dəstəmaz zamanı ağzın yaxalanmasına (məzməzə) qiyas edilərək buruna damızdırılan dərmanın orucu pozmayacağı bildirilmişdir. Buruna sürtülən məlhəm də orucu pozmur.
Qurani Kərim oxumağı öyrənmək istəyənlər üçün əlifba kitabı.
“Sübhansan ya Rəb! Səni təsbeh edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, ucasan”
Allah-Təalanın (cəllə cəlaluhu) insanlara verdiyi ən böyük nemətlərdən biri də duyğu və düşüncələri ifadə etmə qabiliyyəti, yəni dildir.
Cünub olan bir şəxs qüsl etmədən əvvəl hər hansı şey yeyib-içmək istəyərsə, dəstəmaz alması məndubdur.
Oruclu ikən adət halı görənin orucu pozular.
Fəxri-Kainat Peyğəmbərimizin (s.ə.s.) çox bəzənməkdən və bu şəkildə insanlar arasında gəzib-dolaşmaqdan xoșu gəlməzdi.
Zarafatın tarixi insanlığın tarixi qədər qədimdir. İnsan təbiət etibarilə həmişə eyni səviyyədə fəal və ciddi ola bilməz. Həddən artıq yorğun olanda müəyyən davranışlarla istirahət etməyə, ruhən dincəlməyə çalışır. Zarafat da bunlardan biridir. İstehza və məsxərədən fərqli olaraq zarafat əziyyət etmədən və qəlbləri qırmadan edilir. Peyğəmbərimiz (s.ə.s.) zarafat etməklə zarafatın bir insani ehtiyac olduğunu göstərmișdir. Əgər […]
Ünsiyyətin ən önəmli cəhəti tərəflərin bir-birinə çatdırdığı və çatdırmaq istədiyi fikirdir. Fikir isə bir düşüncənin, inancın və ya qənaətin həmsöhbətə sözlərlə ötürülməsidir. Fikrin çatdırılmasında düşüncənin məqbul bir metodla ifadə edilməsi, şəxsi xarakter, danışıq tərzi, mühit, əhvali-ruhiyyə və s. əsas təsiredici faktorlardır.
Sual: “ Allah böyükdür deyiriksə, nə üçün çox kiçik işlərlə də məşğul olur!? ” Zərrəciklərin və hüceyrələrin ortaya çıxışını səbəblərə izah edirlər. Belə sual verənlərə necə cavab vermək olar?
Mutasiya bir orqanizmin genotipində (genetik informasiyasında) hasil olan, görünüşünə görə ani olaraq (qəflətən) və bir dəfədə (sıçrayışla) meydana gələn dəyişiklikdir.
Hürriyyət, sərbəstlik xətasız olmaz.