Cünub olan bir şəxs qüsl etmədən əvvəl hər hansı şey yeyib-içmək istəyərsə, dəstəmaz alması məndubdur. Dəstəmaz ala bilməzsə, ən azı əlini yuyub ağzını yaxalamalıdır. Əks təqdirdə, məkruh olar. Aybaşı olan qadın üçün isə belə deyil, lakin ən azı əllərini yuması tövsiyə edilir. Onsuz da adi halda da yeməkdən əvvəl və sonra əlləri yumaq sünnədir.
Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.
İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.
Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.
Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.
Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.
Aftandil , 08/01/2015 tarixində, saat 09:01
Təşəkkür edirəm,izah çox aydın və qaneedicidir.