1. 445 dəfə oxunub ,   0 şərh   Çap et

 Hürriyyət, sərbəstlik xətasız olmaz. Hürriyətin təcrürbə edə bilmək, doğru və yanlışı seçə bilmək haqqı olmadıqdan sonra heç bir mənası yoxdur. Hürr (sərbəst, azad) iradə, itaət və üsyan arasında olur. Allahın qudrətində bizim hamımızı xeyirli, itaətkər etmək imkanı vardır. Bu bizi zorla itaətə məcbur edər. Bu hal isə iradə hürriyyətini, azadlığını ortadan qaldırır. Burada şərlərin meydana gəlməsinə də bu hikmət, yəni iradə azadlığı üçün əlbəttə imkan veriləcəkdir. Buna baxmayaraq, insaflı, bitərəf, qərəzsiz bir gözlə baxılarsa, kainatda xeyrin, gözəlliyin və mükəmməlliyin əsas olduğu, şər və çirkinliyin isə istisna hallarda olduğu aydın görünər. Sağlamlıq əsasdır, xəstəlik istisnadır. Canlılarda normal səhhət və xəstəlik üçün bir nisbət müəyyən edilərsə, həyat fəaliyyətinin neçə faizini sağlam səhhət, neçə faizini xəstəlik tutar? Zəlzələ və müsibətlərin hamısı toplansa belə, dünyanın milyon illərlə davam edən ömründə cəmi-cümlətanı bir neçə dəqiqə olar. Bunun kimi, vulkanların və müharibələrin səbəb olduğu fəlakətlər, millətlərin hayatındakı uzun, firavan və dinc dövrlərə nisbətdə sadəcə qısa bir müddəti əhatə edir. Həm də əşya ziddi, əksi ilə bilinər. Ziddinin, əksinin qarışması ilə bir həqiqət minlərlə dərəcə və mərtəbəyə ayrılır. Gözəlliyin gözəl olduğu çirkinliklə, aydınlığın, işığın qiyməti qaranlıqla dərk edildiyi kimi, dərəcələri də əkslərinin (ziddlərinin) müdaxiləsi ilə olur. Bir həqiqət bu şəkildə minlərcə nisbi həqiqətlərin meydana gəlməsinə səbəb olur.

Bundan əlavə hər şeyin bir xeyirli, faydalı tərəfi vardır.Xəstəliklər bədənimizin müqavimət qüvvətini artırır,dərdlər dözümlülüyümüzu artırır, zəlzələlər yerin daxilində toplanmış təzyiqi çölə ataraq, ona “nəfəs alma” imkanı verir və onun qabığını partlamaqdan qoruyur,yanar dağlar və vulkanlar daxillərində olan gizli mədənləri,sərvətləri püskürdür və torpağı faydalı vulkanik bir təbəqə ilə örtür. Müharibələr millətləri qarışdırır, öz aralarında qaynaşdırır, sonra da beynəlxalq aləmdə təhlükəsizliyin və sülhün təmin edilməsi üçün təşkilatların və blokların əmələ gəlməsinə səbəb olur. Ən böyük kəşflər və ixtiralar da müharibələr əsnasında ortaya çıxmışdır, penisillin, atom, raket, yüksək sürətli təyyarələr və sairə kimi. İlan zəhərindən müxtəlif dərmanlar hazırlanır. Mikrobların da bir çox faydaları vardır. Ölum şər kimi gürünür, amma əbədi həyata gedən yol ondan keçir.

Bir də təsəvvur edin ki, bizdən əvvəlkilər ölməsəydi, qocalığın verdiyi o zavallı halları ilə, pərişan və hədsiz artmış vəziyyətdə olan insanların yaşayışı və dolanışıqları necə olardı!

Kainatdakı şərlər şəkildəki kölgələr kimidir. O kölgəyə yaxınlaşanda şəkildə həqiqətən bir qüsur və əskiklik varmış kimi gürunur. Fəqət ondan uzaqlaşanda və ona şəklin hər tərəfi görönəcək məsafədən baxanda, kölgənin zəruri olduğu və onsuz eyni gözəlliyin alına bilinməyəcəyi, onun şəkildəki ümumi quruluşa ayrı bir gözəllik verdiyi aydın olacaqdır. İmam Qəzalinin dediyi kimi, “Yayın düzlüyu,məhz onun əyriliyindədir–cünki düz olsaydı, oxu ata bilməzdi. Eyni şəkildə kainatdakı nöqsanlar da mükəmməlliyi göstərir.” Çünki xəstəlik olmasaydı, sağlamlığın qiymətini başa düşə bilməzdik. Sağlamlıq başımızda bir tacdır, amma onu xəstəlik başımızdan uçuranda fərqinə varırıq. Çirkinlik olmasaydı, gözəlliyin nə olduğunu necə dərk edərdik?

Məşəqqət, müsibət və ələmlərin digər bir vəzifəsi də insanları fərqləndirmək və qabiliyyətlərini inkişaf etdirməkdir. Digər tərəfdən, axı həyat hekayəmiz sadəcə, bu dunyadakı hissədən ibarət deyil. Bu hekayənin fəsilləri çoxdur. Ölüm bu hekayənin sonu deyildir, əksinə, sərgüzəştlərin başlanğıcıdır. Pyesin sadəcə bir səhnəsinə görə hökm verməyimiz doğru olmadığı kimi, bir kitabın xoşumuza gəlməyən birinci fəslinə görə, onu atmağımız da düzgün deyil.

“Xeyir Allahdan, şər isə insanın öz nəfsindəndir.” Bəli, Allah küləkləri yaradıb bol-bol göndərir, çayları xeyirlərlə xəlq edib axıdır. Fəqət gəminin çox tamahkar kapitanı gəmiyə normadan artıq yük yüklədiyinə görə, onu batırmışdır. Burada bir şər, fəlakət baş veribsə, insafla deyin, qəbahət kimindir?

 Cəhənnəmin əbədi olması :

Əbədi əzab içində qalacaq olanlar əvvəllər işlədikləri çirkin əməllərindən başqa yaxşı işlər görmələri üçün onları yenidən dünya həyatına qaytarsın deyə Allaha yalvarırlar. Buna cavab olaraq Cənabi-Haqq belə buyurur: “Əgər geri qaytarılsa idilər, yenə də onlar qadağan olunduqları şeyə (kufr və gunaha) əl qatardılar. Onlar, şübhəsiz ki,ya lançıdırlar!” (əl-Ənam, 6/28). Yəni onların günahı qısa bir vaxt içində olmuş məhdud bir günah deyildir. Əksinə, o, həmişə təkrar ediləcək sabit bir haldır. O təqdirdə bu, həmin insanın nəfsində köklənmiş əbədi bir xüsisiyyətdir, yoxsa dünyada müvəqqəti bir zaman daxilində, keçici bir düşmə deyil. “İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah oz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq

üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir muddət dövran sür. Şubhəsiz ki, sən cəhənnəm əhlindənsən!” (əz-Zümər, 39 /8 ) və “Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” -deyər və sözsuz ki, sevinib öyünər.” (Hud, 11/10) ayələri bu xarakteri çox gözəl təsvir edir. Başqa bir yerdə onun haqqında belə buyurur: “Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan)  and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançılardırlar!” (əl-Mucadilə, 58/18).

Allah hüzurunda, qiyamət məhkəməsində, pərdələrin qalxdığı, örtüklərin açıldığı, Cəbərut və Əzəmətin son həddinə çatdığı o gündə, onların yalan və yalan and içmələri ilə Allahla üz-üzə gələndə belə israr və nəfsi müdafiələrində başqa bir rəng var…

Belə olan halda, biz müəyyən bir müddət ərzində işlənmiş müvvəqəti bir günahın deyil, əksinə, zaman keçdikcə davam edən və zamanın da dəyəri örtülüb yığışdırıldıqdan sonra özünü göstərən bir günahın qarşısındayıq. Bəli biz, əbədi şərrini, pisliyini özü ilə birlikdə götürüb aparan bir nəfsin önündəyik. Buna görə də əzabın bu nəfs üçün əbədi olması ədalətdir.




Bənzər məqalələr

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Kainatın rəhbəri kimdir?

Kainatı müşahidə edən bir insanın onu və digər məxluqları mükəmməl ahəngdə yaradıb ruzi verən, hər şeyi bəşər üçün faydalı şəklə salan Allahı anlamaması və tanımaması bəsirətsizlikdir. Diqqət etdikdə görürük ki, insan vücudunun nəyə ehtiyacı varsa, hamısı ən gözəl şəkildə onun istifadəsinə verilir.

Allahın varlığının kainat dəlili

Qərəzdən və inkardan uzaq hər bir ağıl sahibi kainatın gözqamaşdırıcı sisteminə və mükəmməl nizamına baxıb həqiqətləri görə, düzgün qənaətə gələ və onu bir kitab kimi səhifə-səhifə oxuya bilər. Kainatı böyük bir kitab kimi götürək. Bu kainat kitabının hər bir kəlməsi, hətta hər bir hərfi mükəmməl yazılmış və yardılmışdır.

Xeyir yollarının çoxluğu

“Ümmətimin yaxşı və pis bütün əməlləri mənə göstərildi.


Şərh yaz