1. 711 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “ Allah böyükdür deyiriksə, nə üçün çox kiçik işlərlə də məşğul olur!? ”  Zərrəciklərin  və hüceyrələrin ortaya çıxışını səbəblərə izah edirlər. Belə sual verənlərə  necə cavab vermək olar?

Bəzi böyüklər  vardır ki,  onların nəzərləri sadəcə böyükləri görür.  Bu səbəbdən sadəcə onlarla əlaqədə olar, kiçikləri görməzlər. Misal olaraq bir general ordunun içərisindəki vəziyyəti öyrənmək üçün  sadəcə komandirlərdən məlumat alar  və aşağı rütbədəkilərlə əlaqə qurmazlar ki, buda tam məlumat əldə etmək üçün kafi deyildir. Əsl böyük odur ki, hərdənbir  alt vəzifədəkilərlə görüşsün , onlardan da  məlumat alsın. Yeri gəldikdə əsgərlərin qarşısına çıxsın onlarla da həmsöhbət olsun. Beləcə o, rütbənin sahibləri öz mövcudiyyətlərini  hiss etdirəcək və əsgərlərdə də ruh yüksəkliyi meydana gətirəcəkdir.  Görülən bu iş, onlara necə əhəmiyyət verildiyi şüurunu aşılayacaqdır. Belə davranışlar böyüklərdə böyüklüyün əlamətlərini ortaya çıxarar.

Allah, kainatla bərabər insanları da yaradır. Kainatla müqayisədə insan mikroskopik bir varlıqdır. Bəli, böyük qalaktikalarla müqayisədə insana bir mikrob nəzəri ilə baxıla bilər.

Məsələyə daha böyük cisimlər nəzərindən baxsaq, günəş belə deyər “ Allah hansı səbəbdən bu mikrob qədər olan insanı yaratdı? Bizim kimi böyüklərlə məşğul olsaydı , əzəmətinə və böyüklüyünə daha uyğun düşərdi!? ” Bu belə davam edib gedəcəkdir . Aciz insan! Kainat qarşısında çox kiçik olduğunu unudur da mikrobların kiçikliyinə baxır. Halbuki bilməyir ki, əsas mikro aləmdə və zərrəciklər aləmində necə kiçiklər var ki, bunlar qüdrətin və böyüklüyün  bir dəlili, tərcümanıdır.

Allahın şəriki olmadığı kimi, hökmranlığının da ortağı yoxdur. Əhəd və Vahid olan Allah, hər şeyin nəzarətini və idarəsini tək başına edər. Atom nüvəsinin ətrafında elektron və protonları  döndərən şəxsən Odur. Qanunlar sadəcə müvəqqəti və nisbi şeylərdir. Kainatı hərəkət etdirən və qanunları qoyan da Allahdır. Əgər Allah, başqa bir aləmdə başqa cür bir nizam qursaydı,  biz Allahın qurduğu sistemə baxaraq, bunların da prinsiplərini tapar,  yenə onlardan sabit qanunlar çıxara bilərdik. Misal olaraq, Nüytonun nəzəriyyəsinə görə, cazibə qanunu olmasaydı , hər bir cisim davamlı bir surətdə bir-birindən uzaqlaşsaydı, bu dəfə biz buna da bir qanuna uyğunluq tapar və “ Cisimlər bir-birini itələyərlər, hər cisimdə mərkəzdən qaçma qüvvəsinin təsir  vardır, ” deyərdik. Bunun əksi də ola bilərdi. Onda da biz “ Cisimlərdə mükəmməl bir  mərkəzə qaçma qüvvəsi vardır, ” deyə bilərdik. Ölçünü və meyarı ortaya qoyan  Allah olduğu kimi kainatdakı bütün ağlasığmaz işləri görən də Odur və işi görərkən nə  makro nə də mikro aləmdə gördüyü işlərə  bir şərikin qarışmasını əsla istəməz.  Bəli, hər şeyi Allahın özü edir. Bu düşüncə ilə işin içərisinə daxil olduğumuz zaman anlayır və görürük ki, təbiət və səbəblər bu işlərə  zərrə qədər müdaxilə etsə, hər şey alt-üst olar. Allah üçün  yaratdığı nəhəng  varlıqları  idarə edilməsiylə kiçik kimi görülən varlıqların idarə edilməsi arasında bir fərq yoxdur. Bilməliyik ki İlahi qüdrət kiçiklərdən də mərhəmətini əsirgəməməkdədir.

Məsələnin diqqət edilməsi lazım gələn tərəflərindən biri də budur ki, kiçiklər kiçiklikləri içərisində elə mükəmməl  keyfiyyət və sənətlərə sahibdirlər ki, bu işlərə çox vaxt böyüklərdə rast gəlmək olmur. Bir mikrobun , bir bakteriyanın çox böyük məharəti və incə işləri vardır. Bir diş bakteriyası, əlindəki “külüngü” ilə sənin dişinin bir tərəfini aşındırar  və sənətini icra etməyə başlayar. Dişini minə təbəqəsini  aşındırarkən səsini başqa bir mikrob eşidər,  gələr ona yoldaş olar. Razılaşıb, sənin dişin üzərində hakimiyyət təsis etmək üçün bir koalisiya qurarlar və dişinin kələyini kəsərlər. Bu işi bir fil belə də edə bilməz .

Bir başqa misal da qarışqa ilə fildən verək. Bir gündə gördükləri işə nəzər saldığımızda görərik ki, ağırlıqları nisbətində qarışqanın daşıdığı yük filinkindən qat-qat artıqdır.

Əminliklə deyilə bilərik ki, məharət və sənət, böyüklük və kiçikliklə müqayisədə  tərs mütənasiblik ortaya çıxacaq. Bəli, görülə bilsə, kiçiklərdə Allahın sənəti daha aşkardır. Mikroskopla  bir hüceyrəni böyüdərək müşahidə etsək, hücrənin DNA və RNA- sını içinə girsək, elə gözəl şeylər görərik ki, onu nə filin boynunda,  nə də xortumunda  görmək mümkündür.

Yazımızı aksiom halına gəlmiş bir sözlə yekunlaşdıraq: “Kiçik heç bir şey yoxdur”.



Açar sözləri

Allah

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.

Necə olur ki, Allah həm hər yerdədir, həm də məkandan uzaqdır, məkana sığmır?

Bir cismin ətrafına güzgü düzsək, eyni anda hamısında görünər. Güzgülərin sayı artdıqca görüntülərin də sayı artar. Cism bir ədəd olduğu halda, minlərlə görüntüsü ola bilir. Məsələn, göy üzündən asılmış işıq və istilik mənbəyi günəş bir dənədir, amma yer üzündəki milyardlarla parlaq, şəffaf əşyalarda, hətta su damlalarında işığı, istisi və yeddi rəng çaları ilə özünü göstərir. Günəş bir ədəd və milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, işığı və istiliyi ilə bizə çox yaxındır və milyardlarla əşyada əks olunur.


Şərh yaz