Diş çəkdirmək orucu pozmaz. Ancaq diş çəkilərkən vurulan iynə və yara yerindən çıxan qan udularsa oruc pozular. Bu vəziyyətdə sadəcə oruc pozular, Ramazan ayı tamamlandıqdan sonar uyğun bir vaxtda həmin oruc qəza edilməlidir. Kəffarə gərəkmir.
İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xariqüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir. İnsanın cinsi, dərisinin rəngi, irqi, ana və atası, uzun və ya qısa boylu olması, çox və ya az istedadlı olması kimi xüsusiyyətlərin hamısı cəbri-qədərə daxildir
Qüsl bədənin müvazinətini bərpa edir. Qan dövranını tənzimləyir. İnsanı ibadətə hazırlayır. Qüslun bu kimi bir çox faydaları vardır. Qüslun insan sağlamlığına bir çox faydalarının olduğu elm adamları tərəfindən sübut olunmuşdur. Qüsl almaqla, cünubluq, heyz və nifasın insan bədənində meydana gətirdiyi maddi kirlər təmizlənir. Həmçinin qüsl alanda cünubdan dolayı bədəndə meydana gələn yorğunluq və zəiflik azalır.
Sual:Mən köklük (obezete) xəstəsiyəm. Müalicə olmaq üzrə bir həkimə müraciət etdim. Qarşıdan da Ramazan ayı gəlir. Lakin tətbiq edəcəyi proqramla Ramazan ayında oruc tuta bilməyəcəyəmi söylədi. Mən normal şərtlərdə orucumu heç buraxmadım. Bu vəziyyətdə mən nə etməliyəm? Cavab:Ramazan ayında oruc, İslam dininin əsaslarından biridir və insanın müsəlmanlığının ən böyük əlamətlərindəndir. Orucun fərziyyəti ayət və hədislərlə sabitdir. Orucun […]