Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir.
Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.
Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.
Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.
Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?
Rəsulullah (s.ə.s) ömrü boyunca ciddi olsa da, hər kəs kimi bəzən zarafat etmişdir. Zarafatlarında belə doğrunu deyər, insanları utandıran və incidən ifadə və davranışlardan uzaq olar, qəlbə dəyəsi ağır zarafatlar etməzdi. Daha çox uşaqlarına, zövcələrinə, heç kimin iltifat göstərmədiyi yoxsul insanlara, qayğı gözləyən adamlara zarafat edərdi.
Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.
Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.
Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.
Bəşər tarixi şahiddir ki, ortaq bir həyat yaşayan və ortaq gələcəyi bölüşən insanlar eyni səviyyədə deyil. Zəif-güclü, varlı-kasıb, kişi-qadın olmaqla bəşər bir mənada təzadı, bir mənada isə ahəngi təşkil edir. Yaradılışdan gələn bu fərqli xüsusiyyətlərlə həyatın içində yoğurulan insanlar bir-birinə ehtiyac duyur, tək başına yaşamağın, demək olar, qeyri-mümkün olduğunu dərk edirlər. Bu da insanları və toplumları qarşılıqlı yardımlaşmağa məcbur edir.
Sual: İbadətin mənası nədir? İbadət nə üçün əmr olunub? Cavab: İbadətin mənası qulun Allahın hüzurunda öz qüsurlarını, acizliyini və fəqirliyini görüb Onun Qüdrəti və Rəhməti qarşısında heyrət və məhəbbətlə səcdə etməsidir…
Sual: “Namaz gözəldir, lakin hər gün beş dəfə çoxdur. Heç vaxt qurtarmadığına görə yorğunluq verir” deyənlərə necə cavab vermək olar? Cavab:…
Dinimizin tələb etdiyi məsuliyyətlərdən bir də işi yaxşı və keyfiyyətli görməkdir. Bu məsuliyyəti layiqincə yerinə yetirmək eyni zamanda ilahi əxlaqa uyğun hərəkət etmək deməkdir. Möminlər dünyəvi-üxrəvi işlərini görərkən bunları Allahın, Rəsulunun və möminlərin təftişinə ərz edəcəyini unutmamalı, bu şüurla yerinə yetirməyə çalışmalıdırlar.
Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.
Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli həkimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündüyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var.
Sual: Həşr nədir? Həşrə inanmağın faydaları nələrdir? Əgər uşaqdan böyüyə, xəstədən sağlama hər kəsi xoşbəxt etməyi düşünürsünüzsə, bütün könüllərə həşr əqidəsini nəqş etməyə çalışın. Yalnız bu zaman gənclər nizam-intizama, qayda-qanuna tabe olacaq, uşaqlar yaramazlıqdan əl çəkəcək, yaşlılar Cənnət yolçuları kimi xoşbəxt yaşayacaq, o evdə səadət məşəli alovlanmağa başlayacaq və o ailənin üzvləri axirətə getmədən üxrəvi ab-hava hiss edəcək, nəticə olaraq, dünyada Cənnəti yaşayacaqlar.
Sual: Xəstə olan şəxs mütləq həkimə getməli və müalicə olunmalıdırmı?
İnsan özünün aciz, dünyanın aldadıcı, axirətin isə çox yaxın olduğunu ancaq öləndə anlayır. Bu kəlam bizi ölmədən əvvəl ölümü düşünüb, dərk edib əməllərimizi düzəltməyə, günahlardan uzaqlaşıb daha çox savab qazanmağa çağırır. Sözün əsl mənasında, ölümdən öncə ölməyi ancaq seçilmiş insanlar bacarırlar. Bu əmri dinləyən, qavrayan insan dünyanı müsafirxana, vücudunu isə bir əmanət bilər. Ruhunu və qəlbini maddi dünya bataqlığında batırıb bada verməz.
Gülmək “xoş və qəribə hadisə və hallara hissi münasibəti əksər vaxtlarda səsli şəkildə bildirmək, sevinc və ya heyrəti biruzə vermək, səssizcə gülümsəmək, təbəssüm etmək” mənalarına gəlir. Gülməyin üç növü var: təbəssüm, gülmək və qəhqəhə çəkmək. Təbəssüm – üz cizgilərinin sevinc hissi ilə geriyə doğru xəfifcə çəkilməsi və dişlərin görünməsi ilə müşayiət olunan gülümsəməkdir.
badətin ruhu ixlasdır. İxlas isə ibadətin sırf əmr olunduğu üçün yerinə yetirilməsidir. Faydalar, hikmətlər ancaq seçim vəsiləsi, vasitəsi ola bilər, səbəb əsla. Məsələn, bir insan beş vaxt namazı Allahın əmrini yerinə yetirmək və bununla axirətdə məsuliyyətdən xilas olmaq məqsədilə deyil, vücuda müsbət təsirinə görə qılarsa, namazı səhih deyildir.