2. 922 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Xəstə olan şəxs mütləq həkimə getməli və müalicə olunmalıdırmı?

Cavab: İslam sağlamlığa böyük əhəmiyyət verir. Sağlam insan qüvvətlidir, zəifə nisbətən özü və başqaları üçün daha yararlıdır. Bir hədisdə “Allahın nəzərində qüvvətli mömin zəif mömindən daha xeyirlidir[1] – buyurulur. Sağlamlıq insan üçün böyük bir nemətdir. Amma çox insan bu nemətdən düzgün istifadə etmir.[2] Rəsulallah: “Allahım! Bədənimi, qulağımı, gözümü sağlam et[3] – deyə dua edərmiş. Ölüm arzulamaq da qadağan edilmiş,[4]  “Ən xeyirli insan ömrü uzun, əməli gözəl olan insandır“,[5] – buyurulmuşdur. İlk növbədə sağlamlığı qorumağı,  bunun üçün bütün tədbirləri görməyi əmr edən İslam xəstəliklə əlaqədar isə: “Müalicə olunun, Allah yaratdığı hər dərdin dərmanını da yaratmışdır. Bir dərd istisnadır, o da qocalıq“,[6] – buyuraraq müalicə olunmağı da əmr edir. Təbib və dərman sadəcə səbəbdir, şəfanı verən isə yalnız Allahdır, – buna inanmaq lazımdır. Bu əmr xəstələri müalicəyə təşviq etməklə yanaşı, hal-hazırda çarəsi tapılmayan xəstəliklərin dərmansız olmadığını da bildirir və həkimləri araşdırma aparmağa sövq edir. Allah xəzan vaxtı ağacların yarpaqlarını tökdüyü kimi, xəstələnən Müsəlmanın da günahlarını xəstəliklə tökür.[7] Bu, müalicədən qaçmaq mənasına gəlmir. Elə olsaydı, Peyğəmbərimiz müalicə olunmazdı. Halbuki O, bütün müalicə üsullarına baş vurmağı, bir nəticəsi olmazsa, səbir etməyi və taleyə razı olmağı təşviq edir.

[1]Müslim, Qədər, 34.

[2]Buxari, Riqaq 1; Əhməd ibn Hənbəl, Müsnəd I, 258.

[3]Əbu Davud, Ədəb, 101.

[4]Buxari, Mərda, 19.

[5]Tirmizi, Zühd, 21.

[6]Əbu Davud, Tibb,1; Müslim, Salam, 69.

[7]Buxari, Mərda, 13.



Açar sözləri

müalicə xəstə xəstəlik

Bənzər məqalələr

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Koronavirusa qarşı oxuya biləcəyimiz dua

Məlumudur ki, hal-hazırda dünyada koronovirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. İnanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.

Xəstə ziyarəti necə edilməlidir?

Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.

Xəstələrə baş çəkmək

Qiyamət günü Allah-Təalanın “filan qulum xəstələnəndə sən ona baş çəkmədin, çəksəydin məni onun yanında görərdin” deyəcəyini qüdsi hədisində bizə bildirən Rəsulullah (sallallahu əley­hi və səlləm)

Oruc fidyəsi

Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.


Şərh yaz