Qurandakı “biz” ifadəsinin hikməti nədir?

Sual: Allah-Təalanın Quranda “mən” deyil, “biz” ifadəsini işlətməsinin hikməti nədir? Quranda Uca Allah haqqında həm “mən”, həm də “biz” əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətli olduğunu bildirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətə Allahdan daha layiq olan yoxdur.

13. 108 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Üç aylar duası

“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur” (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)

1. 867 dəfə oxunub 0 şərh yazılıb
Kasko sığorta caizdirmi?

Kasko sığorta caizdirmi? Kasko – könüllü sığorta növüdür. Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. Kasko və digər sığorta növlərinin fiqhi hökmlərə görə caiz olmadığı haqqında müasir İslam alimləri həmrəydir.

3. 166 dəfə oxunub 1 şərh yazılıb
Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?

3. 332 dəfə oxunub 0 şərh yazılıb
Ayaqyalın namaz qılmaq olarmı?

Ayaqyalın namaz qılmaq olarmı? Kişilər ayaqyalın namaz qıla və imamlıq edə bilərlər. Qadınların isə ayaqyalın namaz qılması bəzi alimlərə görə məkruh sayılsa da namazları keçərlidir. Ancaq islaq və çılpaq ayaqla daxil olduqda məsciddəki xalça-palazın kirlənmə ehtimalını nəzərə alaraq corab geymək tövsiyə edilmişdir.

21. 828 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Hz. Müaviyə kimdir?

Sual: Hz. Müaviyə kimdir? Onun Hz. Əli (r.a) ilə qarşılaşmasını necə başa düşmək olar? Cavab: Hz. Müaviyə (r.a), Peyğəmbərimizin (s.ə.s) qayını olub, Onun (s.ə.s) həyat yoldaşı Ümmi Həbibənin (r.anha) qardaşıdır. Atası Əbi Süfyan, anası isə Hinddir. Qardaşı Yezid ibn Əbi Süfyan məşhur sərkərdələrdən biridir.

20. 404 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Yaxşılıq itmir

El arasında çox gözəl bir söz var: “Yaxşılıq et at dəryaya, balıq bilməsə də, Xaliq bilər”.

27. 012 dəfə oxunub 0 şərh yazılıb
Evlilik marafonu

Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir.

2. 302 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.

10. 000 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Evdarlıq qabiliyyətiniz nə qədərdir?

Qadınlara on üç sual: Həyat yoldaşınızla dünyagörüşünür və fikirləriniz (elmi səviyyəniz) düz gəlirmi? Məsələn, Onun oxuduğu qəzet, jurnal və ya kitabı maraqla oxuyub başa düşə bilirsinizmi? Dini və elmi mövzularda fikir mübadiləsi aparırsınızmı? Hər hansı qəzet xəbəri və ya lətifə haqqında özünüzə xas fikriniz olurmu?

4. 007 dəfə oxunub 0 şərh yazılıb
Mükəmməl həyat yoldaşı axtarıram, amma

Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.

7. 475 dəfə oxunub 0 şərh yazılıb
Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

4. 474 dəfə oxunub 0 şərh yazılıb
Rəsulullahın görüşmə ədəbi

Görüşərkən əlini sıxmaq, əl verib görüşmək, salamlaşma, təbrikləşmə, dost münasibət göstərmə və s. şəkildə qarşılıqlı əl sıxmaq müsafihə adlanır. Bir-biri ilə qarşılaşan möminlərin salamlaşarkən əl verib görüşməsi İslamın ədəblərindən biridir. Buna görə də əllə görüşməyə xüsusi diqqət yetirməli, arada küskünlük olsa belə, uzadılan əli cavabsız qoymamalıyıq.

8. 465 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

3. 878 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Namazda əlləri bağlamaq

Namaz qılarkən sağ əli sol əlin üzərinə qoymaq Rəsulullahın (s.ə.s) sünnəsidir. Hənəfi, Şafei və Hənbəli məzhəblərinə görə namazda iftitah təkbirinin ardınca əlləri bağlamaq sünnədir. Maliki məzhəbinə görə isə, namazda qiyamda ikən əlləri açıq saxlamaq sünnə sayılır. Cəfəri məzhəbinə görə də namazda əllər bağlanılmır, yanlara salınaraq namaz qılınır.

14. 627 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
İslamda uğursuzluq yoxdur

Sual: Təfəül və təşəüm nədir? Bunlara inanmaq doğrudurmu? Cavab: Təfəül bəzi hadisələri uğurlu saymaq, onları xeyrin başlanğıcı olaraq görmək və hadisələri yaxşıya yozmaq deməkdir. Təfəülün ziddi olan təşəüm isə bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq mənalarına gəlir.

5. 013 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

6. 681 dəfə oxunub 0 şərh yazılıb
Kimlər sədəqə verə bilər?

Müsəlman olan hər kəs sədəqə verə bilər. Sədəqənin verilməsi üçün hər hansı bir şərt yoxdur. Sədəqə Allah riazsını qazanmaq məqsədilə edilən yaxşılıqdır. Rəsulullah (s.ə.s) edilən yaxşılığın ömrü uzatdığını bildirmişdir, “Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar.”

3. 886 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Bir ovuc qum

O, hələ evliliyinin üçüncü ayında idi. Sevdiyi adamla evlənmişdi. Üstəlik, sevildiyini də bilirdi. Ancaq yenə də nə isə yolunda getmirdi. Gənc qız bu düşüncələrlə bir gün anasının yanına getdi. Artıq günəş batmaq üzrə idi. Və ana-qız bir yerdə günəşin batmasına tamaşa etmək üçün sahildə üz tutdu…

3. 479 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Şükür etmək

Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan.

8. 897 dəfə oxunub 1 şərh yazılıb