Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.
Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.
Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: “Bu od işıqlı bir şeydir”, – dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı.
İstər ilahi duyğularla, istərsə də dünyəvi məsələyə görə ağlamaq dəstəmazı pozmur, çünki mücərrəd ağlamağın dəstəmazı pozduğuna dair heç bir hökm yoxdur. Namaz qılarkən ağlamaq fərqlidir.İnsan namaz qılarkən Allahı anaraq, dini hislər keçirərək ağlayarsa, bu, nə namazı, nə də dəstəmazı pozur. Əslində, bu, müsbət haldır. Səhabədən Abdullah ibn əş-Şixxirin (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) namaz […]
Kişi bərabər olmaq üçün xanımını yatağa çağırdıqda, əgər bir üzrlü səbəb yoxdursa qadın bu dəvətə dərhal əməl etməlidir. Ərinin günaha girməməsi və halal yoldan ehtiyacını təmin etməsi üçün bu şərtdir.
Dua etmək ehtiyacı insanda yaradılışdan vardır. Bu səbəbdəndir ki, dua bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan bu və ya başqa şəkildə dua edir. İnsanlar ömür karvanında bir çox müşküllərlə qarşılaşır, kədər, çətinlik, acizlik, çarəsizlik və ümidsizliyə düçar olurlar. Dua insanda psixoloji bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir.
Gündəlik həyatda diqqət ediləsi davranış qaydalarından biri də evə girərkən qapını döymək və icazə almaqdır. Evlərə, rəsmi idarə və müəssisələrə girmək istəyəndə icazə almaq lazımdır. İstər öz evimizə, istərsə də başqalarına aid mülklərə girərkən mütləq icazə alınmalı, icazə veriləndən sonra içəri girilməlidir. Bu mövzuda da ən gözəl örnək Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyatıdır.
”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.
Dünyada başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir. Evlənmək istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də keçmir. Başqa sözlə, ümidlər artdıqca beyindəki suallar da artır.
Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.
24 yaşım var. Ali təhsilliyəm. Nişanlım da özəl şirkətdə işləyir. Bir ildir ki, nişanlıyıq. Yaxın günlərdə evlənəcəyik. Ancaq toy ərəfəsində “onu edək, bunu edək” deyə mübahisə edirik. Əslində münasibətlərimizdə elə bir soyuqluq yoxdur. Ancaq evləndikdən sonra bu mübahisələrin böyüməyindən qorxuram. Nişanımı qaytarmaq istəsəm, ailəm razı olmayacaq. Çünki onları bu işə mən razı saldım. Nə edim?
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Allah insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur. Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.
Paxıllıq və qısqanclıq kimi də xarakterizə edilən “həsəd” bir insanın malik olduğu məziyyət və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdir. Başqa sözlə, bir kəsin özündə olmasını istədiyi qabiliyyət və ehsanların başqasında olmasına görə keçirdiyi narahatlıq hissidir. Həsəd hiddət hissi ilə özünü büruzə verən və zaman keçdikcə kinə çevrilən qəzəbin bir nəticəsidir və od odunu yandırıb kül etdiyi kimi paxıllıq da yaxşı əməllərin axırına çıxır.
İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.
Qlubud-Daria, yalvaran, niyaz, dua edən könüllər deməkdir. Bu baha biçilməz xəzinədə Peyğəmbərimizdən (sallalahu aleyhi vəsəlləm) rəvayət edilən dua və təsbehlər başda olmaqla digər peyğəmbərlərin (ə.s), raşid xəlifələrin, əhli-beyt imalarının, səhabə və tabeini-izamın, daha sonrakı dövrlərdə yaşamış Allah dostlarının dua və zikrləri mövcuddur.
Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”
Bir çox valideyinlərin ehtiyac görmədiyi və diqqət etmədiyi ailədaxili məşvərətlər[1] əslində mümkünsüz kimi görünən bir çox problemin həllində mühim rol oynayır. Ailədaxili problemlər ətraflı müzakirə olunmalı, hamının fikri və bilgisi daxilində ortaq çarələr tapılmalıdır. Yaxşı, bəs nədir ailədaxili məşvərət və necə edilməlidir?
Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.
Yer üzündə şəfqətin hakim olduğunu açıq-aşkar müşahidə edirik. Şəfqət acıma, bir məzluma mərhəmət etmə duyğusudur. Şəfqət ağlayan bir insanın hıçqırıqlarını dinləmə, yaralı-bərəli bir insanın yaralarını sarıma hissidir. Bu şəfqət hissinin hər yerdə özünü göstərdiyini görürük. Əliniz yaralansa və siz də əlinizi müalicə etdirsəniz, inanın, Allahın mərhəmət və şəfqəti olmadan qanınız həmin yara yerində bərpaedici funksiyasını yerinə yetirməz və nə edirsiniz edin, siz o yaranı sağalda bilməzsiniz.
İzah edəcəyimiz şeyləri əvvəlcədən çox yaxşı bilmək, hətta danışacağımız mövzularda ortaya çıxa biləcək suallara qaneedici mahiyyətdə cavablar hazırlamaq şərtdir. Əksinə, kiçik və ya əhəmiyyətsiz bir səhv hər şeyi alt-üst edə bilər. Həmsöhbətin düşüncəsindəki xətalar, danışığındakı səhvlər onun xətrinə dəyməmək, küsdürməmək şərtilə deyilməlidir. Birbaşa tənqid edilməməlidir. Başqalarının yanında onu hörmətdən salacaq sözlər əsla söylənməməlidir.