5. 142 dəfə oxunub ,   0 şərh   Çap et

Heç uşaqlarınızı mişahidə edirsinizmi? Əgər edirsinizsə, nəyə (ya da nələrə) diqqət yetirməli olduğunuzu bilirsinizmi?..

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz. Bundan başqa, problemləri aradan qaldırmaq üçün müxtəlif tərbiyə metodlarından istifadə etməli, ya da uşaq tərbiyəsi və ya uşaq psixologiyası ilə bağlı müxtəlif kitablar oxumalısınız. İstər bu kitablardan, istər tərbiyə metodlarından və istərsə də, valideynlik təcrübələrindən istifadə edərək uşağınızın ilk pedaqoqu ola bilərsiniz.

Təbii ki, biz bununla heç də bu işin mütəxəssisi olan pedaqoqlara ehtiyac olmadığını demək istəmirik. Əksinə, uşaqla bağlı hər hansı bir problemlə qarşılaşdıqda bir mütəxəssisdən (yəni bir pedaqoqdan, bir psixoloqdan və ya bir psixiatrdan) məsləhət almalısınız. Burada nəzərdə tutulan valideynin pedaqoqu əvəz etməsi yox, pedaqoq qədər həssaslıq göstərməsidir.

hem-valideyn-hem-de-pedaqoq-olun-meqale-meneviyyat-az

Elə isə “valideyn-pedaqoq” necə olmalıdır? İlk növbədə, obyektiv olmalıdır. Çünki bəzi valideynlər uşaqlarının qeyri-adi zəkaya sahib olduqlarını düşünürlər. Bəziləri isə uşaqlarının “problemli” olduqlarına inanırlar. Nəticədə, valideynlər uşaqlarının bütün hərəkətlərinə bu prizmadan baxır və təbii olaraq, onlara obyektiv qiymət verməkdə çətinlik çəkirlər. Ona görə də valideyn uşağını müşahidə edərkən obyektiv olmalı və hər hərəkətə “öz yerində” qiymət verməyi bacarmalıdır.

Digər tərəfdən, “valideyn-pedaqoq” uşağını hərtərəfli müşahidə etməlidir. Hətta bunun üçün müxtəlif məkanlar seçməlidir. Məsələn, evdə, parkda, yemək yeyərkən, yad bir adamla bir yerdə olanda və s. Digər tərəfdən, valideynin eyni hərəkəti müxtəlif məkanlarda müşahidə etməsi onun uşağa daha obyektiv yanaşması üçün də vacibdir. Həmçinin, “valideyn-pedaqoq” əvvəlcədən hökm verməməlidir. Çünki elə valideynlər var ki, “Uşağım dəcəldir” və ya “Uşağım mənə hörmət etmir” deyərək əvvəlcədən hökm verirlər. Beləliklə, həm özlərinin, həm də ətrafındakıların öz uşaqlarına qarşı qeyri-obyektiv mövqe tutmalarına səbəb olurlar.

Digər tərəfdən, “valideyn-pedaqoq” mütəxəssislərlə də məsləhətləşməlidir. Bunun üçün də o, yaxşı müşahidəçi olmalıdır. Bu həm də valideynin uşağını daha yaxşı tanıması və ondakı “normadankənar” prosesləri daha tez görməsi üçün vacibdir. Belə olduqda, uşağınızın fizioloji problemləri olduqda bir mütəxəssisə müraciət etdiyiniz kimi, psixoloji problemləri olduqda da bir mütəxəssisə də müraciət edə bilərsiniz. Ancaq bütün bunlarla yanaşı uşaq qiymətləndirildiyini də hiss etməlidir. Yəni, valideynin hər bir sözü və ya hərəkəti uşaqda “Atam-anam mənə qiymət verir” hissini aşılamalıdır.

Yazı “Ailəm” jurnalından götürülmüşdür.



Açar sözləri

aile ana ata pedaqoq uşaq

Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.


Şərh yaz