Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.
Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.
“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”.
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
Təfəkkür, hadisələrdən ibrət almaq və müxtəlif nəticələr əldə etmək üçün çıraq olub yol aydınladar. Yeni icadlara, təcrübələrə nurlu açar olar, açılan qapılardan da həqiqətlər gün üzünə çıxar.
“Allahım! Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizi Ramazana qovuşdur“. (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)
Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”
Sual: Həyat yoldaşım altı aylıq hamilədir. Ramazan ayının sonuna yaxınlaşırıq. Mən körpəmiz üçün fitrə verməliyəm?
Daha dünyaya gəlməmiş körpənin adına fitrə vermək vacib deyildir.
Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.
Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.
Ramazan orucunun fəziləti haqqında ayə və hədislər “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün […]
Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.
Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.
Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.
Qəməri təqviminin doqquzuncu ayı ramazan adlanır. Ramazan Müsəlmanların oruc tutmaqla mükəlləf olduğu, dinimizdə uca və müqəddəs sayılan bir aydır. Əvvəlinə şəhr (ay) sözü əlavə olunaraq “شَهْرُ رَمَضَانَ” “şəhri-razaman” (ramazan ayı) şəklində də işlənir.
“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”
İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.
Ramazan orucu həqiqi və xalis, böyük və ümumi bir şükrün açarıdır. Çünki digər vaxtlarda insanların əksəriyyəti ac qalmağa məcbur olmadığı üçün bir çox nemətin qiymətini yaxşı anlamır.