Şaban ayının iyirmi doqquzundan sonrakı gün hava buludlu olar və həmin günün şaban yoxsa, ramazan ayına aid olduğu dəqiq bilinməzsə, bu günə şəkk günü deyilir.
Sənə on faydası olan bir ibadət öyrədəcəm. Bunu etsən, Allah ilk-son, köhnə-yeni, bilərək və ya bilməyərək, kiçik-böyük, gizli və ya aşkar işlədiyin on günahını bağışlayar…
Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.
Təhəccüd lüğətdə “yatmaq, oyanmaq” mənasına gəlir. Termin olaraq isə “gecə qalxıb namaz qılmaq” mənasındadır. Yatsı namazından sonra yatmadan və ya bir az yatdıqdan sonra qalxıb qılınan namaza ümumi olaraq “gecə namazı (salətul-leyl)” deyilir. Bir müddət yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınarsa təhəccüd adlanır. Bu namaz iki rükətdən səkkiz rükətə qədər qılına bilər. Hər iki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.
Qurbana mane olan böyük qüsurlar bunlardır: 1. İki və ya bir gözünün kor olması 2. Kəsim yerinə getməyə gücü çatmayacaq dərəcədə topal olması 3. Bir və ya iki qulağının kəsik olması 4. Dişlərinin çoxunun və ya hamısının tökülmüş olması 5. Bir və ya iki buynuzunun kökündən qırılmış olması 6. Quyruğunun yarısı və ya üçdə birindən […]
Sual:Bəzi rayonlarımızda hər il ailə üzvlərindən birinin adına qurban kəsmək adəti var. Bu caizdirmi? Cavab: Ailə fərdlərindən hər hansı birinin adına qurban kəsmək olar. Həmin qurban ailə üçün yetərlidir. Bu haqda hədislər vardır. Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədis belədir: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ailəyə hər […]
Bir adam savabını vəfat etmiş bir qohumuna və ya sevdiyi kimsəyə bağışlamaqla qurban kəsə bilər. Mərhumun adına sədəqə verildiyi, həcc gedildiyi kimi, qurban da kəsmək olar. Həqiqətən də, Peyğəmbərimiz ümmətindən qurban kəsə bilməyənlərin adına qurban kəsmişdir.
Sual:Qurban bayramı ərəfsində bəzi şəhər və rayonlarımızda qurban əti adı ilə ət satılır. Bu nə dərəcədə doğrudur? Cavab: Qurban sırf Allah üçün niyyət edilərək kəsilməli və Hz. Peyğəmbərin sünnəsinə müvafiq şəkildə paylaşdırılmalıdır. Odur ki, qurban kəsən şəxsin qurbanın əti başda olmaqla heç bir hissəsini dərisindən tutmuş baş-ayaqlarına qədər sata bilməz. Hətta qəssaba bundan zəhmət haqqı da […]
Sual: Bayram namazını qadınlar evdə təkbaşına qıla bilərlərmi? “Dörd sinif insandan başqa bütün müsəlmanlara camaatla cümə namazı qılmaq vacibdir. Onlar kölə, qadın, xəstə və uşaqlardır.” Əbu Davud, Namaz,191 (Kölələr və qadınlar üçün cümə fəsli) Cümə və bayram namazları camaatla qılınır. Kişilərə cümə namazını qılmaq fərz, bayram namazları isə vacibdir. Qadınların isə cümə və bayram namazları […]
Bir şəxsin hər hansı bir səbəblə daimi yaşadığı yerdən başqa bir yerə getməsinə və ya getmək üçün yola çıxmasına ərəbcə “səfər”, yola çıxmış adama da “səfəri” deyilir. Dilimizdə yolçu və yolçuluq kəlmələrini bu mənalarda istifadə olunur. Səfər ümumiyyətlə məşəqqət və əziyyətli olduğu üçün səfərdə olan şəxslərə namaz, oruc kimi ibadətlərdə bəzi müəyyən rüsxətlər […]
“Allahım! Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizi Ramazana qovuşdur“. (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)
Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız, qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir. […]
Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]
Hz. İsmayılın anası Hz. Həcər xeyli su axtarandan sonra övladının qoyduğu yerdən suyun fışqırdığını görmüş və “yavaş-yavaş, dayan-dayan!” demiş, sonra da ətrafa yayılmasın deyə həmin yerin kənarlarına qum tökməyə başlamışdır. Deyilənə görə, bu hadisə suya zəmzəm adının verilmə səbəbidir.
Həcər kəlməsi ərəb dilində “daş” deməkdir. Həcərül-əsvəd isə “qara daş” mənasındadır.
Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”
Sual:Ramazan ayında tutulmayan orucların qəzası mütləq növbəti Ramazana qədər tutulmalıdırmı? Cavab: Ramazan orucunun qəzasının üzr olsun və ya olmasın ömür boyu tutulması mümkündür. Lakin buna baxmayaraq, şübhəsiz ki, imkan daxilində ən tez müddətdə tutulması müstəhəbdir. Bundan başqa, şafeilərə görə, qəzaya qalan bir oruc gələn ramazana qədər qəza edilməlidir. Əks təqdirdə bu ramazan ayından sonra həm […]
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq.
Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir.