3. 064 dəfə oxunub ,   0 şərh   Çap et

Bir adam savabını vəfat etmiş bir qohumuna və ya sevdiyi kimsəyə bağışlamaqla qurban kəsə bilər. Mərhumun adına sədəqə verildiyi, həcc gedildiyi kimi, qurban da kəsmək olar. Həqiqətən də, Peyğəmbərimiz ümmətindən qurban kəsə bilməyənlərin adına qurban kəsmişdir.[1]

Əbu Davud “Sünən”ində “ölən şəxsin adına qurban kəsmək” adlı müstəqil başlıq altında bu hədisi rəvayət edir: “Hz. Əli (r.a.) biri Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) adına olmaqla iki qoç kəsərdi.

Ondan bunun səbəbini soruşduqda: “Allah Rəsulu məndən nə qədər ömrüm var, Onun üçün qurban kəsməyi vəsiyyət etdi. Əsla bunu tərk etmərəm,”–deyə buyurmuşdu.[2] Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Hz. Əliyə özü üçün qurban kəsməyi vəsiyyət etməsi öz adına qurban kəsilməsini sevdiyini göstərir… Buna görə də imkanı olanların Sevgili Peyğəmbərimiz üçün hər il ən azından bir qoyun və ya qoç kəsməsi, yaxud bir inəyin yeddidə birinə ortaq olması gözəl davranışdır.

Allah-Təala bizləri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) üçün qurban kəsməyə müvəffəq etsin və bu işdə bizləri əbədiyyən daimi etsin, rizasını qazanmağı nəsib etsin. Peyğəmbərimizi bizdən məmnun etsin. Peyğəmbərimizə, Əhli-Beytinə, Əzvaci-Tahirata (Hz. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) ismətli, iffətli və pak zövcələrinə) səlatu-salam olsun.[3]

Bir şəxs öz pulu ilə alıb savabını mərhum yaxınına bağışlamaq üçün kəsdiyi qurbanın ətindən yeyə və başqalarına da verə bilər. Bu heyvanın bayram günlərində kəsilməsi şərt deyil. Hər zaman kəsmək olar. Amma Ərəfə günü kəsib kasıblara paylamaq daha yaxşı olar. Çünki Qurban bayramı günü onsuz da kasıblara ət paylanılır. Ərəfə günü kəsilib paylanılsa, kasıbların süfrəsi o gün də ətlə təmin olunar.

Əgər vəfat etmiş şəxs öz adına qurban kəsilməsini vəsiyyət edibsə, bu, Qurban bayram günləri içində kəsilməlidir. Bu qurbanı kəsən onun ətindən yeyə bilməz. Hamısını sədəqə verməlidir. Mərhumun vəsiyyəti olmadan onun malından kəsilən qurbanın hökmü vəsiyyətlə kəsilən qurban kimidir. Vəsiyyət və ya adaq olmasa belə, Şafeilər istisna əksər fiqh alimlərinin fikrincə, savabı mərhuma bağışlanmaq şərti ilə onun adına qurban kəsmək olar. Bu şəkildə kəsilən qurbanın Qurban bayramında kəsilən digər heyvanlardan heç bir fərqi yoxdur.


[1]Təbərani, Mucəmul-Kəbir, III, 182; Heysəmi, Məcməuz-Zəvaid, IV, 23.

[2]Əbu Davud, Ədahi 1; Hakim, Müstədrək, IV, 255.

[3] Təhanəvi, İlaus-Sunən, XVII, 273.



Açar sözləri

qurban qurban kəsmək

Bənzər məqalələr

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.

Qurban nə deməkdir?

Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.


Şərh yaz