Qurbana mane olan böyük qüsurlar bunlardır:
1. İki və ya bir gözünün kor olması
2. Kəsim yerinə getməyə gücü çatmayacaq dərəcədə topal olması
3. Bir və ya iki qulağının kəsik olması
4. Dişlərinin çoxunun və ya hamısının tökülmüş olması
5. Bir və ya iki buynuzunun kökündən qırılmış olması
6. Quyruğunun yarısı və ya üçdə birindən çoxunun kəsilmiş olması
7. Xayaları və ya məmələrinin ucunun qopmuş olması
8. Sümüklərində ilik qılmayacaq dərəcədə zəif olması
9. Doğuşdan qulaq və ya quyruğunun olmaması
10. İpə-sapa yatmayan və sürüyə göndərilməyəcək dərəcədə dəli heyvan
11. Murdar bir şey yeməsi. Bunlar da üsuluna görə təmizlənmədikdə qurban etmək caiz deyildir.
(Bu xüsusiyyətlərinin təkcə birinin bir heyvan da olması onun qurban kəsilməsinə mane olur.)
Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.
Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.
İslam alimlərinin əksəriyyətinə görə, qurban ətini üç hissəyə bölmək müstəhəbdir.