Aylıq namaz vaxtları
5. 854 dəfə oxunub ,   0 şərh   Çap et

Ey Rəbbimiz! Bizim qəlbimizi, inananların və bütün insanların qəlblərini imana, İslama, Qurana, ehsan duyğusuna və Rəsulullah vasitəsilə göndərdiyin bütün həqiqətlərə aç! Uca Dərgahından lütflər ehsan edib könüllərimizi nurlandır, sinələrimizi genişləndir. Ey bütün qüsur və xətaları örtən! İşlədiyimiz bütün xəta, qüsur və günahlarımızın üstünü ört.
Ey Rəbbimiz! Acizliyimizi və gücsüzlüyümüzü şəfaətçi edərək Uca Dərgahına sığınırıq. Nə olar bizə mərhəmət elə və işlərimizi asanlaşdır. Dostlarına necə davranırsansa, bizimlə də elə rəftar eylə. Alnımızı açıq, üzümüzü ağ eylə! Qəlblərimizi bütün kirlərdən arındır, hər növ virus və mikroblardan təmizlə. Könüllərimizi Cənnət bağçaları kimi təravətli və nurlu elə. Bilərək və ya bilməyərək işlədiyimiz bütün xətalarımızı bağışla, günahlarımızı məğfirət eylə. Həmin günahları bir daha işləməklə qəlbimizin kirlənməsinə imkan vermə! Səndən xeyir və yaxşılıq istiqamətindəki bütün arzu və diləklərimizin gerçəkləşməyini istəyirik.

Endir

 



Açar sözləri

dua seçilmiş dualar

Bənzər məqalələr

Peyğəmbərimizin (s.ə.s) uşaqlara duası

Hər bir valideynin ən ümdə arzusu övladlarının xoşbəxt gələcəyini görməkdir. Buna görə onların  təlim-tərbiyəsinə xüsusi diqqət edir, onların həm maddi, həm də mənəvi dünyaları ilə yaxşı olması üçün cəhd edirlər.. Unutmamalıyıq ki, kainatda baş verən hadisələr arxasında əsl səbəbkar ancaq Uca Allahdır. Nə qədər çalışsaq, çapalasaq da hər daim acizliyimizin idrakında olub Qüdrəti Sonsuza əl […]

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Qədr gecəsi duası

Qədr gecəsi hər cür dua oxuna bilər.


Şərh yaz