Sual: Nədən Allah Rəsuluna (s.ə.s) salavat veririk?
Cavab: Allah dostlarından biri bu haqda belə buyurur:
Hər fürsətdə Peyğəmbərimizə (əleyhissəlatu vəssalam) səlat və salam göndərmək bir vəfa borcudur. Çünki hər bir səlat və salam həm Onun peyğəmbərliyini bir daha təbrik etmək, həm gətirdiyi əbədi səadət müjdəsinə bir təşəkkür bildirmək və həm də fərmanlarına itaət və beyəti təzələmək mənasına gəlir… səlat və salam məsələsinə bir vəfa borcu kimi baxmaq lazımdır. Biz Peyğəmbərimizə borcluyuq… Bəli, şüurunda olaraq və ya olmayaraq bu vəfa borcumuzu və şükran hissimizi əzanla, iqaməylə, namazla, təşəhhüd və təhiyyətlə dilə gətiririk. Kaş şəkər-şərbətin şirinliyini dad bilmə duyğumuzla tam hiss etdiyimiz kimi, bu kəlimələrin hamısını da zehni və ruhi-mənəvi duyğularla dərk edə, hər kəlmənin “dadını” tam ala biləydik.
Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!
Allahım! Gördüyümüz bütün işlərin axırını xeyirli eylə, onları ehsan şuuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!
Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…
Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru!