Aylıq namaz vaxtları
1. 858 dəfə oxunub ,   0 şərh   Çap et

Bismilləhirrahmənirrahim

Rəhman və Rəhim Allahın adı ilə

Ey Qüdrəti sonsuz Allahım!

Düşmənlərimizə, məqsədlərini həyata keçirməyə fürsət vermə! Onların ordularını param-parça, planlarını alt-üst eylə…. Birliklərini dağıt… Nizamlarını başlarına yıx, əhval-ruhiyyələrini korla, onları kədərə qərq et… Rəhbərlərini başıaşağı eylə..

Silah-sursatlarını yararsız hala sal; ölümlərini tezləşdir; ömürlərini qısalt; ayaqlarını titrət; fikirlərini qarışdır.

Hədəf və məqsədlərini həyata keçirməyə imkan vermə. Qərargahlarını darmadağın eylə; köklərini kəs, geriyə izləri qalmasın; sığınacaq yer tapmasınlar.. canlarına elə dərd sal ki, ancaq öz bədən və canları ilə məşğul olsunlar!

Allahım! Sənin bir adın da Müntəqimdir (haqqı tutub qaldıran). Onların üzərinə qəzəb şimşəklərini yağdır! Onları elə sıx ki, yerlərindən tərpənə bilməsinlər.

Allahım! Şübhəmiz yoxdur ki, Sən hər şeyə qadirsən, yeganə güc və qüvvət sahibisən.

Allahım! İnancımız tamdır ki, düşmənlərimizə ancaq Sənin inayətinlə qarşı çıxa bilərik.

Allahım! Onlarla aramıza Sənin güc və qüvvətini pərdə eylə.

Onların şərrindən qorumaq üçün Dərgahı-İzzətinə sığınırıq.

Ey din gününün sahibi Rəbbimiz, yalnız Sənə qulluq edir, yalnız Səndən yardım istəyirik. Nə olar, düşmənin bütün imkanlarını viran qoy! Canlı qüvvəsini həlak eylə! Ordularını məhv eylə! Amin! Amin! Amin! Ya Allah! Ya Allah! Ya Allah!

Rəhman və Rəhim olan Rəbbim! Sənin uca isminin haqqı üçün, Peyğəmbərimiz Həzrət Muhammədin (səllallahu əleyhi və səlləm) dərgahındakı var olan hörməti xatirinə, bizi dünyada da axirətdə də görünən-görünməyən, bilinən-bilinməyən bəla və müsibətlərdən uzaq eylə və bizləri qoru. Sən dilədiyini gerçəkləşdirməyə qadirsən. “Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim” taxtının yeganə sultanı Sənsən.

Allahım! Könüllər sultanı Həzrət Muhammədə, onun pak Əhli-beytinə, mallarını və canlarını Onun uğrunda sərf edən əshabına dünya var olduğu müddətcə səlat və salam olsun. Vəlhəmdu lilləhi Rabbil aləmin.

Ərəb dilindəki mətni yükləmək üçün

Əbdulqadir Geylanin Hizbun-Nasr duası

Azərbaycan dilində word.docx yükləmək üçün

Nüsrət və Qələbə duası




Bənzər məqalələr

Nüsrət və qələbə duası – 1

Allahım ordumuza zəfər bəxş eylə. Əsgərlərimizi mətanətli, ayıq və çevik eylə. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eylə.


Şərh yaz