Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.
Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.
Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.
Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.
Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:
Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.
“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”
Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.
Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.
Sual: Qütblərdə necə oruc tutulmalıdır? Qütblərdə oruc da həmin əraziyə ən yaxın və normal gecə-gündüz müşahidə olunan ölkənin saatına uyğun tutulmalıdır.
Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi? Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm” və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər.
Adəmoğlunun hər əməli özü üçündür. Yalnız oruc bundan müstəsnadır. Onun mükafatını Mən verərəm. Çünki yeməyini və nəfsani arzularını, yalnız mənim üçün tərk edir. Oruclu üçün iki sevinc anı var: Biri iftar etdiyi, digəri də Allaha qovuşduğu vaxtdır. Oruclunun ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur” (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)
Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.
Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «إِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَصْخَبْ فَإِنْ سَابَّهُ أَحَدٌ، أَوْ قَاتَلَهُ فَلْيَقُلْ: إِنّ۪ي صَائِمٌ». Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Oruc tutduğunuz gün dilinizə pis söz gətirməyin və kobud davranmayın. Əgər kimsə sizi söysə, və ya sizinlə münaqişə […]
Xəstəlik, oruc tutmamaq üçün bir səbəbdir. Sonradan sağalma ehtimalı mövcud xəstəliyi olan şəxs, sağalandan sonra tuta bilmədiyi orucların qəzasını tutmalıdır. Ancaq müsəlman həkimlərin tibbi baxımdan yaxşılaşma ümidi görmədikləri xəstələr tuta bilmədikləri günlərin sayı qədər fidyə verməlidir. Ən yaxşısı odur ki, hər hansı xəstəliyi olan şəxs öz qənaətinə görə (vicdan yalan danışmayan ən böyük şahiddir) və dindar bir həkimin tövsiyəsini nəzərə […]
Tutulması qadağan edilən oruclardan biri də, Ramazan və Qurban bayramlarının birinci günləri ilə Qurban bayramının birinci günündən sonrakı üç gündür.