tesvir
Namaz qılmayanın oruc tutması

Bəzi kəslər, “Ya, dinimizin bütün əmrlərini edib, bütün qadağanlarından çəkinməli və ya heç birini etməməliyik” söyləyərək, “Ya hamısı, ya da heç biri” deyirlər. Bu düşüncə yanlış və səhvdir. Çünki “Hamısı edilə bilməyən ibadətin müəyyən miqdarı da tərk edilməməlidir” qaydası İslamın ümumi prinsiplərindəndir. İnsan onsuz da günah işləmişəm deyə, günah işləməyə davam etməyi doğru deyil. Həm oruc tutub, həm də günah işləyən kimsə, oruc tutmaqla hasil olan böyük savaba nail ola bilməz.

7. 466 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Oruc fidyəsi

Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.

2. 169 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Oruclu ikən iynə-dərman etdirmək

İlk növbədə qeyd etmək lazımdır ki, əksər alimlərin fikrincə, orucun pozulması üçün insan bədəninə normal yoldan, yəni boğazdan ya da burundan içəri hər hansı bir şey daxil olmalıdır.

19. 012 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Yolçu tutduğu orucu poza bilərmi?

Sual:Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə? Cavab: Əvvala qeyd etmək lazımdır ki, orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın müqim olması, yəni səfərdə olmamasıdır. Lakin ayə də buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilərlidir (Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir […]

1. 498 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Əvvəlcə namaz, yoxsa iftar?

Axşam namazının vaxtı girmişsə, əvvəlcə xurma, su və s. ilə orucu açmaq, sonra da namaz qılmaq daha gözəldir. Yeməyi tələsik yeyib sonra namaz qılmaq da olar. Ancaq iftar süfrəsində bir neçə növ xörək olduğu üçün axşam namazı gecikə bilər. Namazı vaxtı girən kimi qılmaq daha düzgündür. Ona görə də orucu açdıqdan sonra yaxşı olar ki, namaz qılınsın.

14. 645 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Kimlər oruc tutmaya bilər

a.Səfər. İslam dinində insanlar öhdəsindən gələ bilmədiyi mükəlləfiyyətlərə məcbur edilmir. Əmrlər hər kəsin qüvvəsi və imkanı daxilində müəyyən edilmişdir. Səfərdə olan insan müəyyən zaman ərzində sıxıntılarla, məşəqqətlərlə qarşılaşır.Ona görə də səfər zamanı hər bir müsəlman oruc tutmaqda çətinlik cəkə bilər. Bu baxımdan Allah-Təala səfərdə olan insanlara rüsxət vermişdir. Səfərdə oruc tutmaq məcbur deyildir, qayıdandan sonra […]

6. 302 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Diş çəkdirmək orucu pozarmı?

Diş çəkdirmək orucu pozmaz. Ancaq diş çəkilərkən vurulan iynə və yara yerindən çıxan qan udularsa oruc pozular. Bu vəziyyətdə sadəcə oruc pozular, Ramazan ayı tamamlandıqdan sonar uyğun bir vaxtda həmin oruc qəza edilməlidir. Kəffarə gərəkmir.

4. 387 dəfə oxunub 0 şərh yazılıb
Orucun hansı faydaları var?

Haqq-Təala yer üzünü bir süfrə kimi süsləmiş və hər mövsüm­də bir-birindən ləziz min bir neməti o süfrədə istifadəmizə vermişdir. Bu bitib-tükənməyən nemətlərin əvəzində də nemətlərin şüurunda olub layiqincə şükür etməyimizi istəmişdir. Halbuki alışqanlıq və qafillik üzündən çox vaxt

1. 424 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin