Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.
Qulaq pərdəsi zədələnmiş olsa da qulağa damızdırılan dərman qulaq tərəfindən sovrulacağı üçün həmin dərmanın çox az hissəsi mədəyə çata bilər. Oruclunun əlində olmayan səbəb olduğuna görə, bu, üzr kimi qəbul edilmişdir. Qulaq pərdəsi zədələnmiş olduğu halda qulağın yuyulması zamanı isə, suyun mədəyə getmə ehtimalı var. Zədələnmiş qulaq pərdəsindən mədəyə orucu pozacaq qədər su gedərsə oruc pozular. Oruclu ikən buna diqqət eləmək lazımdır.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.