İslam, hər kəsin yaşaya biləcəyi qədər asan bir dindir.
Digər bir adı da “Visal” olan bu oruc şəkli iki və ya daha çox gün heç iftar etmədən tutulan orucdur.
Allah Elçisi (sallallahu əleyhi və səlləm) bəzi zamanlarda oruc tutmağı qadağan etmişdir.
Allah Rəsulunun tutduğu oruclardan biri də, Şaban ayında tutduğu orucdur.
Aşura gününün orucu haqqında İbn Abbas (r.a) bizə bu məlumatı verməkdədir:”Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günündə oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” deyə soruşdu. Allahın Rəsuluna belə cavab verildi: “Bu gün yaxşı bir gündür. Allah Təala bu gündə Hz. Musa (ə.s) ilə İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gündə oruc tutmuşdur.”Peyğəmbər Əfəndimiz (s.ə.s) də : “Mən Musaya sizdən daha yaxınam.” buyurdu və bu gündə oruc tutulmasını əmr etdi.
Hz. Peyğəmbərimiz (əleyhissalətu vəssələm) bəzi zamanlarda ibadətə daha çox diqqət göstərər, digər vaxtlardakından daha həssas davranardı.
Sahura qalxa bilmədiyi üçün oruc tutmayan şəxs həmin orucu qəza etməlidir? Ramazan ayında axşamdan növbəti günün orucuna niyyət etməyi unudan və sahura qalxa bilməyən şəxs günortaya qədər niyyət edə(rək orucunu tuta) bilər.
Hamilə və ya uşaq əmizdirən qadınlar, özlərinə və körpələrinə hər hansı zərər gəlməsindən qorxduqları təqdirdə oruc tutmazlar. (Əbu Davud, Təharət, 104; Nəsai, Heyz, 17; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 32). Lakin sonradan tutmadıqları orucların sayı qədər qəza orucu tutmalıdırlar.
Oruc tutmamağa rüxsət (icazə) verilən xəstəlikləri bu şəkildə xülasə etmək mümkündür
Oruclu ikən adət halı görənin orucu pozular.
Səfərə çıxan şəxslər isətəsələr oruc tutmazlar. Evdən çıxdıqdan sonra yolçu (səfəri) sayılırlar. Ancaq səfərə çıxan şəxslərin oruclu olması fəzilətlidir. Səfərə gedilən yerdə on beş gündən az qalmağa niyyət edən şəxs istəsə oruclarını tutmaz, lakin sonradan tutmadığı orucları qəza edər. Ancaq gedilən yerdə on beş gündən çox qalmağa niyyət edildiyi təqdirdə oruc tutmaq fərzdir.
Dinimizdə ibadətlər müəyyən qaydalara uyğun yerinə yetirilir. Bu mənada oruc tutmaq üçün başın bağlı (örtüklü) olması kimi bir şərt yoxdur. Başıaçıq qadın oruc tuta, hər cür ibadətini edə bilər. Bu ibadətlərin savablarını da qazanar. Baş açmağın günahı ayrıdır. Bir ibadəti yerinə yetirməməyin günahı, başqa bir ibadətin savabından məhrum olmağa səbəb deyil. Ancaq namaz əsnasında başın mütləq örtülməsi lazımdır.
Bəzi kəslər, “Ya, dinimizin bütün əmrlərini edib, bütün qadağanlarından çəkinməli və ya heç birini etməməliyik” söyləyərək, “Ya hamısı, ya da heç biri” deyirlər. Bu düşüncə yanlış və səhvdir. Çünki “Hamısı edilə bilməyən ibadətin müəyyən miqdarı da tərk edilməməlidir” qaydası İslamın ümumi prinsiplərindəndir. İnsan onsuz da günah işləmişəm deyə, günah işləməyə davam etməyi doğru deyil. Həm oruc tutub, həm də günah işləyən kimsə, oruc tutmaqla hasil olan böyük savaba nail ola bilməz.
Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.
Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.
İlk növbədə qeyd etmək lazımdır ki, əksər alimlərin fikrincə, orucun pozulması üçün insan bədəninə normal yoldan, yəni boğazdan ya da burundan içəri hər hansı bir şey daxil olmalıdır.
Sual:Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə? Cavab: Əvvala qeyd etmək lazımdır ki, orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın müqim olması, yəni səfərdə olmamasıdır. Lakin ayə də buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilərlidir (Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir […]
Ramazan orucunun fəziləti haqqında ayə və hədislər “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün […]
Axşam namazının vaxtı girmişsə, əvvəlcə xurma, su və s. ilə orucu açmaq, sonra da namaz qılmaq daha gözəldir. Yeməyi tələsik yeyib sonra namaz qılmaq da olar. Ancaq iftar süfrəsində bir neçə növ xörək olduğu üçün axşam namazı gecikə bilər. Namazı vaxtı girən kimi qılmaq daha düzgündür. Ona görə də orucu açdıqdan sonra yaxşı olar ki, namaz qılınsın.
a.Səfər. İslam dinində insanlar öhdəsindən gələ bilmədiyi mükəlləfiyyətlərə məcbur edilmir. Əmrlər hər kəsin qüvvəsi və imkanı daxilində müəyyən edilmişdir. Səfərdə olan insan müəyyən zaman ərzində sıxıntılarla, məşəqqətlərlə qarşılaşır.Ona görə də səfər zamanı hər bir müsəlman oruc tutmaqda çətinlik cəkə bilər. Bu baxımdan Allah-Təala səfərdə olan insanlara rüsxət vermişdir. Səfərdə oruc tutmaq məcbur deyildir, qayıdandan sonra […]