4. 263 dəfə oxunub ,   0 şərh   Çap et

Namazlardan sonra edilən təsbihat və dualar, namaza daxil olmasalar da məqbul ibadətlər arasında yer aldığından müstəhəbdir. Çünki namazlardan sonra dua və təsbihat Peyğəmbərimiz (s.ə.s.) tərəfindən tövsiyə edilmiş və şəxsən özü də etmişdir. Rasulullah (s.ə.s) belə buyurmuşdur:

مَنْ سَبَّحَ اللَّهَ فِى دُبُرِ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ وَحَمِدَ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ وَكَبَّرَ اللَّهَ ثَلاَثًا وَثَلاَثِينَ فَتِلْكَ تِسْعَةٌ وَتِسْعُونَ وَقَالَ تَمَامَ الْمِائَةِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ غُفِرَتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ

“Kim hər namazın sonunda otuz üç dəfə “Sübhanallah”, otuz üç dəfə “Əlhəmdülillah”, otuz üç dəfə də “Allahu əkbər” deyib: ‘Allahdan başqa heç bir ilah yoxdur. Yalnız O vardır. Şəriki də yoxdur. Mülk Onundur; Həmd də ona məxsusdur; O her şeyə qadirdir” duası ilə yüzə tamamlayarsa, günahları dənizin köpüyü qədər olsa belə bağışlanar/əff olunar” (Müslim, Məsacid, 27, H.No: 1380).

Təsbihat mövzusunda müsəlmanlara xüsusi tövsiyələr verən Allah Rəsulu (s.ə.s.) də namazlardan sonra üç dəfə Allaha istiğfar gətirər, sonra belə dua edərdi:

اَللَّهُمَّ أَنْتَ السَّلَامُ وَ مِنْكَ السَّلَامُ تَبَارَكْتَ يَا ذَا الْجَلاَلِ وَ الْإِكْرَامِ

 Allahım, salam sənsən; səlamətlik də ancaq səndəndir. Mübarəksən. Ey Cəlal və İkram sahibi!”

Velid, Evzaiyə bu istiğfarın necə olacağını soruşduqda; ‘Əstağfirullah, əstağfirullah’ demişdir. (Müslim, Məsacid, 27).

Həmçinin Rəsulullah (s.ə.s.) və əshabı fərz namazı qıldıqdan sonra bəzi təkbir, təsbih və təhmid kimi zikirləri yüksək səslə oxumuşlardır. İbn Abbas (r.a.), insanların Peyğəmbərin (s.ə.s.) zamanında fərz namazı qurtarınca yüksək səslə zikr etdiklərini xəbər vermişdir, “Mən bu səsi eşidər-eşidməz, insanların namazı qurtardıqlarını başa düşərdim” demişdir. İbn Abbas bir başqa rəvayətdə də “Mən Peyğəmbərin (s.ə.s.) namazı qurtarmasını təkbir gətirilməsindən anlayardım” demişdir. (Buxari, Əzan, 155, Müslim, Mesacid, H. No: 917)

Nəticə etibariylə deyə bilərik ki, namazdan sonra təsbihat etmək müstəhəbdir. Bu təsbihat, təkbaşına da camaatla da edilə bilər.  Təsbihatın camaatla birlikdə edilməsi əsasən Rəsulullah (s.ə.s) zamanında deyil, daha sonrakı dövrlərdə ortaya çıxmış və günümüzdə də bu ənəənə davam edir. Yaşadığımız dövrün bir reallığıdır ki, insanlar fərz və sünnə namazlarına həssas yanaşır, ancaq namazdan sonra zikr etməyə, dua etməyə önəm vermirlər. Halbuki duanın qəbul olma vaxtlarından biri də namazdan sonra edilən duadır. Hər nə qədər Rəsulullah (s.ə.s) zamanında edildiyi ilə bağlı rəvayətlər olmasa da, birlikdə təsbihat etmə, insanda namazdan sonra təsbihat etmə vərdişi qazandırır. Ayrıca insanın bəzi mənəvi duyğularının  inkişafına təkan verir.




Bənzər məqalələr

Namazdan sonra təsbihat

Allah Rəsulu (s.ə.s.) namazı qurtarıb salam verəndən sonra üç dəfə “əstəğfirullah” deyə tövbə edər və bu duanı oxuyardı


Şərh yaz