Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.
Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.
Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: “Bu od işıqlı bir şeydir”, – dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı.
Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Allah insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur. Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.
Paxıllıq və qısqanclıq kimi də xarakterizə edilən “həsəd” bir insanın malik olduğu məziyyət və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdir. Başqa sözlə, bir kəsin özündə olmasını istədiyi qabiliyyət və ehsanların başqasında olmasına görə keçirdiyi narahatlıq hissidir. Həsəd hiddət hissi ilə özünü büruzə verən və zaman keçdikcə kinə çevrilən qəzəbin bir nəticəsidir və od odunu yandırıb kül etdiyi kimi paxıllıq da yaxşı əməllərin axırına çıxır.
İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.
Hədiyyələşmə adəti bəşər tarixinin bütün dövrlərində olmuşdur. Zəngin, kasıb, böyük, kiçik − hər kəsin hədiyyə almaqdan və verməkdən xoşu gəlir. Hədiyyələşməyin ən gözəl örnəklərini Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyatında görürük. Buna görə də hər bir mömin ailə üzvlərinə, yaxın qonşu və qohumlarına, səmimi dostlarına, münasibət qurmaq istədiyi adamlara, bir şey istəyənlərə hədiyyə verməli, verilən hədiyyələri də qəbul etməlidir.
Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”
Yer üzündə şəfqətin hakim olduğunu açıq-aşkar müşahidə edirik. Şəfqət acıma, bir məzluma mərhəmət etmə duyğusudur. Şəfqət ağlayan bir insanın hıçqırıqlarını dinləmə, yaralı-bərəli bir insanın yaralarını sarıma hissidir. Bu şəfqət hissinin hər yerdə özünü göstərdiyini görürük. Əliniz yaralansa və siz də əlinizi müalicə etdirsəniz, inanın, Allahın mərhəmət və şəfqəti olmadan qanınız həmin yara yerində bərpaedici funksiyasını yerinə yetirməz və nə edirsiniz edin, siz o yaranı sağalda bilməzsiniz.
Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.
Allah-Təala dünya nemətlərini verir və onlardan necə istifadə etməyimizə, işlədiyimiz əməllərə baxır. Hər kəs Allahın verdiyi və ya vermədiyi şeylərlə imtahan olunur. Zəngin əlində olan nemətlərlə, yoxsul da yoxluqla imtahana çəkilir. Kimisi sağlamlıq və gözəlliklə, kimisi də xəstəliklə imtahan olunur.
Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.
Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.
Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.
Sual: “Haram aylar (onlara möhlət verilmiş zilhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə surəsi 9/5) ayəsini necə anlamalıyıq?
Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir.
Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.
Səkərati-mövt ruhun bədəndən çıxma anına deyilir. Ölüm anı səkərat, can çəkişmə, can vermə sözləri ilə ifadə edilir. Hər bir insan ölüm anında can çəkişir, səkərati-mövtü görür, ölümün kədəri, qəmi, iztirabı, acısı və sıxıntısı ilə üzləşir. Ölüm mələyi insanın ruhunu ayağından çəkib çıxarmağa başlayır, o da bu ağrını iliklərinəcən hiss edir. Bu ağrı ruh vücuddan çıxanacan davam edir.
Rəsulullah (s.ə.s) ömrü boyunca ciddi olsa da, hər kəs kimi bəzən zarafat etmişdir. Zarafatlarında belə doğrunu deyər, insanları utandıran və incidən ifadə və davranışlardan uzaq olar, qəlbə dəyəsi ağır zarafatlar etməzdi. Daha çox uşaqlarına, zövcələrinə, heç kimin iltifat göstərmədiyi yoxsul insanlara, qayğı gözləyən adamlara zarafat edərdi.