Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?
Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?
Rəcəb ayının iyirmi yeddinci gecəsi Merac gecəsi adlanır. Bu gecə Uca Allah sonuncu peyğəmbəri Hz. Muhammədi (s.ə.s) bir möcüzə olaraq Məkkədən Qüdsdəki Məscidi-Əqsaya, oradan da meraca yüksəltmişdir. Bu hadisə hicrətdən bir il yarım əvvəl meydana gəlmişdir.
Mənəvi dəyərlərimizi tənqid edən və ya əleyhində danışanlarla necə davranmalıyıq? Ümumiyyətlə bu mövzuda tarazlığı necə qorumaq olar?
Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq. Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]
İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.
Bəzi möminlər İslamı təbliğ edərkən başlanğıcda heç bir mənfəət gözləmirlər. Bir müddət sonra niyyəti və məqsədi təbliğ olanların sayı azalır. İlk günlərdəki saflıq və səmimiyyəti qorumaq üçün nə etmək lazımdır?
İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.
Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.
Hidayət nədir? Rəbbimizin inayət və hidayətinə nə cür, hansı işlərimizlə, əməllərimizlə nail ola bilərik? Hansı hidayət vəsilələri var?
Qissədən hissə: Xızırı (ə.s) görmək istəyən padşahın hekayəsi Keçmiş dövrlərdə yaşayan bir padşah Xızır peyğəmbəri görmək arzusuna düşür. Ətrafa carçılar göndərərək əhaliyə elan edir ki, kim mənə Xızırı göstərər və ya tapıb gətirərsə, onu xələt verəcəm. Külfətinin dolanışığını təmin etməkdə çətinlik çəkən kasıb bir adam bu işə girişmək istəyir. Arvadına üz tutaraq: “Bu bir fürsətdir […]
Rəhbər vəzifədə işləyən şəxslər özlərinə məsləhətçi seçərkən nələrə diqqət edilməlidir? İdeal köməkçi rəhbərin yanlış addım atmasına imkan verməməli, gördüyü problemlərin və qarşılaşılan çətinliklərin həlli yollarını araşdırmalı və bunu rəhbərə bildirməlidir.
İnsan həyatı və ətrafında baş verənləri anlamağa çalışmalı və təfəkkür edərək diqqətli yaşamalıdır ki, ayağı büdrəyib yolda qalmasın. Bunun üçün geridə buraxdığı illəri (keçmişi), içində olduğu anı (indini) və gələcək planlarını (gələcəyi) süzgəcdən keçirərək təhlil etməlidir. Buna fərqindəlik də demək olar.
Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.
İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?
Həyatın İslama uyğunluğunu müəyyənləşdirmək üçün başda Quran və Sünnə əsas alınmalıdır. Bununla yanaşı dini-elmi metodologiyaya əsasən icma, qiyas, istehsan, məsləhət və adət-ənənə kimi şəri dəlillərə müraciət etmək lazımdır.
Bir çox cəmiyyət bir müsəlman əsgər belə görmədən İslamı qəbul etməklə şərəflənmiş, neçə-neçə diyar sülhsevər dəvət və təbliğ bayrağını daşıyan könül ərləri sayəsində fəth edilmişdir. Aralarında kifayət qədər fərqin mövcudluğuna rəğmən İslamda cihadı, müharibə və silahlı mübarizə ilə məhdudlaşdıran iki qrup vardır: Bunlardan ilki İslamı tam dərk etmədən, öz anladıqları ilə yanlış formada təqdim və […]
“Etibarlı, dürüst ticarətçi, peyğəmbərlər, siddiqlər və şəhidlərlə bərabər olacaqdır.” (Tirmizi, Alış veriş 4)
Həlimlik həmçinin xoşagəlməz hallarda səbir etmə, təhrikedici hadisələr zamanı soyuqqanlılığı qoruma, təmkinli və ciddi olma, kədərli mənzərələrlə üzləşəndə özünü ələ alma xüsusiyyətlərini də ehtiva edən gözəl əxlaqdır.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.