“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.
Quranı Kərimin ərəb dilində tam mətnini pdf olaraq buradan yükləyə bilərsiniz. Quranı Kərim (ərəb dilində pdf)
“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?
İman gətirənlərdən, yəhudi, xristian və sabiilərdən hər kim Allaha, axirət gününə (tam səmimiyyətlə) inanar, yaxşı işlər görərsə mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. Bəqərə 62
Qiraət imamı Asim ibn Behdələnin həyatı, elmi fəaliyəti və “Asim qiraəti” Bəzən Misirli qariləri (avazla Quran oxuyan) dinlərkən bildiyimiz ayə və surələrin fərqli səsləndiyinin şahidi oluruq. Quranı Kərimə baxdıqda, əlimizdəki müshəfin onların oxuduğu şəkildə yazılmadığını görürük. Araşdıranda məlum olur ki, oxuduğumuz Quran kitablarının Asimin Hafs rəvayətinə görə yazılıb. Onda belə sual ortaya çıxır: İmam Asim kimdir? “Asim Qiraəti” […]
Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”
“Bu günün işini sabaha qoyma.” (Atalar sözü) Bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik, mənalı-mənalı düşünürdü. – Nə düşünürsünüz? – deyə səyyah soruşdu. – Elə indicə bir şey kəşf etdim, – deyə alim cavab verdi və torbasından çürük bir alma çıxartdı: – Bu […]
Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik.
Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]
Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.
Hz. İsmayılın anası Hz. Həcər xeyli su axtarandan sonra övladının qoyduğu yerdən suyun fışqırdığını görmüş və “yavaş-yavaş, dayan-dayan!” demiş, sonra da ətrafa yayılmasın deyə həmin yerin kənarlarına qum tökməyə başlamışdır. Deyilənə görə, bu hadisə suya zəmzəm adının verilmə səbəbidir.
Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]
Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]
“Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim 14/41)
“Yoxsulları qoruyub himayə edin. Allah, bu kasıbların hörmətinə sizə ruzi və yardım bəxş edir, buna şübhəniz olmasın”. (Əbu Davud , Cihad 70)
Dəlilsiz, araşdırmasız hər hansı bir ideyalogiyanı mənimsəyənlərin qarşılaşacaqları kiçik sarsıntılar nəticəsində tərəddüdə düşmələri, hətta o ideyalogiyadan imtina etmələri mümkündür.
Bizlər Günəşin elçiləriyik. Bizim vəzifəmiz kainatın yaradılışı əsnasında Günəşdə depolanan enerjini dünyaya çatdırmaqdır. Günəşin mərkəzində fizyon adlandırılan nüvə parçalanması və ya birləşməsilə müşayiət olunan nüvə reaksiyası zamanı, dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir.
Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”
1918-ci ilin mart və aprel aylarında ermənilər Bakı Kommunası adı altında ölkəmizin müxtəlif bölgələrində on minlərlə soydaşımızı qətlə yetiriblər. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər “Böyük Ermənistan” adlı dövlət qurmaq xülyasına düşdülər. Onların əsas hədəflərindən biri də Azərbaycan torpaqlarını işğal yolu ilə həmin dövlətə qatmaq idi. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında erməni […]
Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]