tesvir secilmeyib
Dəllalıq etməmək

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həm üxrəvi, həm də dünyəvi işlərdə möminlərin ən etibarlı və əsl rəhbəridir. O, insanların əbədi səadəti naminə əzmlə çalışdığı kimi dünya işlərində də zülmü aradan qaldırmaq və haqq sahibinin haqqını vermək üçün böyük əmək sərf etmişdir. Özü də cəmiyyət həyatında mühüm rol oynayan iqtisadi və ticari sahə ilə yaxından maraqlanmışdır.

1. 716 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Balın möcüzəvi faydaları

Bal çiçəkli bitkilərin nektarının arı tərəfindən yığılması nəticəsində əmələ gələn maddədir. İnsan orqanizmindəki mikroblar balın tərkibinə daxil olduqda funksiyalarını itirirlər. Balın tərkibindəki polifenol və flavonoidlər ağrıkəsici təsirə malikdir. Bal ölü hüceyrələrin yaradan uzaqlaşdırılmasında çox təsirlidir. Bal infeksiyanın çoxalmasının qarşısını alır.

11. 676 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
İbn Macə və “Sünən” adlı əsəri

“Kutubu sittə”yə daxil olan altı kitabdan birinin müəllifi İbn Macədir. İmam İbn Macə mühəddis olmaqla yanaşı müfəssir və tarixçi idi. Tanınmış mühəddis Əbu Yala əl-Xəlili onun haqqında “İbn Macə hədis elmində böyük alim və höccətliyi bir çoxları tərəfindən qəbul edilmiş şəxsiyyətdir.” – demişdir. Onun təlif etdiyi ən böyük əsərinin adı “əs-Sünən”dir.

5. 039 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İşçinin haqqını təri qurumadan vermək

İşçinin haqqı gecikdirilməməlidir. İşçiyə gücü çatmayana iş tapşırılmamalıdır. “Ən xeyirli qazanc insanın əlinin zəhməti və dürüst alış-verişlə əldə etdiyi qazancdır”

3. 651 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ticarətdə dürüstlük

İslamın ticarət əxlaqını əsas götürən hər bir ticarətçi dürüstlüyü, doğru sözlülüyü və etibarı ilə insanlar arasında etimad qazanmalıdır. Müştərinin məlumatsızlığından, diqqətsizliyindən və ehtiyac içində olmasından sui-istifadə etməməli və heç kimi aldatmamalıdır. Aldatmağı və hiylə işlətməyi İslamdan çıxmaq kimi görməli və belə bir aqibətə düçar olmaqdan qorxmalıdır.

7. 717 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İnsan nəfsi və onun xarakterik xüsusiyyətləri

Nəfs, özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıq mərtəbəsindən endirməyə münasib yaradılmışdır. Ancaq nəfsdəki mənfi təmayülləri xeyirxahlığa və ya yaxşı əməllərə yönləndirmək mümkündür. Buna görə də, nəfs bizim məhv etməyə çalışdığımız düşmən yox, islah etməyə çalışdığımız güc (dost) olmalıdır. Nəfs, ruh və qəlbə qarşı olduğu müddətcə bizə düşmən, ruhla dostlaşdıqda isə insanı kamillik məqamına yüksəldən vasitədir.

15. 101 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qurani-Kərimdə neçə ayə var?

Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?

61. 930 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quranda ilk və son nazil olan ayələr hansılardır?

Uca Allah tərəfindən Rəsulullaha (sallallahu əleyhi və səlləm) nazil olan ilk Quran ayələri, Ələq surəsinin ilk beş ayəsidir. İlk nazil olan ayələr Ələq surəsinin ilk beş ayəsi, son nazil olan ayə isə Bəqərə surəsinin 281-ci ayəsidir.

15. 056 dəfə oxunub 0 şərh yazılıb
Quran müsəlmanlığı

            Əsl “Quran müsəlmanlığı”[1], Həzrəti Peyğəmbərin Quran ayələri ilə yanaşı Öz ifadə və bəyanlarıyla təbliğ etdiyi və səhabələrin də Rəsulullahdan (s. ə. s) öyrənib tətbiq etdikləri müsəlmanlıqdır.   Qurani-Kərim İslam ümməti içində ortaya çıxacaq bəzi inhiraflara işarə edərək bu barədə müsəlmanları xəbərdar etmişdir. Bunlardan biri də Qurani-Kərimi şərh edərkən Peyğəmbər […]

2. 237 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Xərçəng xəstəliyi və çörəkotu

Bədənimizdə bütün orqanlar hüceyrələrdən ibarətdir. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir və yalnız mikraskopla görülə bilər. Sağlam bədən hüceyrələri (əzələ və sinir hüceyrələri xaric olmaqla) bölünə bilmə qabiliyyətinə sahibdirlər. Hər bir yeni hüceyrə ana hüceyrənin bölünməsi nəticəsində əmələ gəlir.

13. 075 dəfə oxunub 2 şərh yazılıb
Qurandakı təkrarların hikməti nədir?

Quranda bəzi ayələrin təkrar olunmasının bir çox hikməti var. Quran insanlara çatdıracağı mesajı müxtəlif üslublarla təqdim edir. “Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!)” (Taha, 20/113) ayəsində də bu həqiqət bildirilmişdir.

4. 374 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qurani-Kərimdə cinlər

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.

13. 042 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ölümdən qaçış yoxdur

Ölüm elə bir həqiqətdir ki, insan ondan yaxa qurtara və onu görməzlikdən gələ bilməz. Müsəlman üçün ölüm yox olmaq deyil, yeni həyatın başlanğıcıdır. Qurani-Kərimi açarkən elə ilk surənin üçüncü ayəsində “din günü”dən bəhs edildiyini görürük ki, bu da axirət aləminin həqiqət olduğuna işarədir.

2. 813 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
İhsan şüuru

İhsan Allaha Onu görürmüş kimi qulluq etməkdir. Sən Onu görməsən də, O, səni görür…

2. 156 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Mömin məsuliyyət insanıdır

Hər biriniz raisiniz (çoban) və hamınız əlinizin altındakılara cavabdehsiniz: dövlət başçısı bir raidir və rəiyyətinə cavabdehdir. Hər fərd ailəsinin raisidir və rəiyyətinə görə məsuliyyət daşıyır. Qadın ərinin evinin çobanıdır və öhdəsində olan şeylərə cavabdehdir. Xidmətçi ağasının malının raisidir və ona tapşırılanlara cavabdehdir. Hər biriniz raisiniz və hər biriniz rəiyyətinizdən məsulsunuz

2. 169 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Əvvəlkilərə verilməyən beş şey

Mənə beş şey əta edildi ki, Məndən əvvəl heç kimə verilməmişdir: bir aylıq (uzun) məsafədən (düşmənin ürəyinə) qorxu salmaqla (ilahi) nüsrətə layiq görüldüm. Yer üzü mənə namazgah və təmizlik vasitəsi edildi. Buna görə də ümmətimdən namaz vaxtının girdiyini görən hər kəs (olduğu yerdə) namaz qılsın! Qənimət məndən əvvəl heç kimə halal sayılmadığı halda, Mənə halal buyuruldu. Və mənə şəfaət (haqqı da) verildi. (Yenə məndən əvvəl) hər peyğəmbər yalnız öz qövmünə göndərilirdi, mən isə bütün bəşəriyyətə elçi olaraq göndərildim

1. 710 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Dünya bir kölgəlikdir

Dünya ilə mənim nə əlaqəm var. Mən dünyada bir ağac altında kölgələnib, sonra da yoluna davam edən bir yolçu kimiyəm.

1. 193 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ərşin kölgəsində yeddi kimsə

Qiyamət günü yalnız Allahın kölgəsi (hifzi, himayəsi) olacaqdır. Və Allah o gün yeddi (kimsəni) kölgəsi altında hifz edəcək: (Birincisi) ədalətli imam (rəhbər, başçı), (ikincisi) ömrünü ibadət sevinci içində keçirən gənc, (üçüncüsü) məscidlərə dilbəstə (qəlbən bağlı) olan kimsə, (dördüncüsü) Allah üçün bir-birini sevib Allah üçün bir araya gələn və Allah üçün bir-birindən ayrılan iki insanın hər biri, (beşincisi) yüksək məqama və gözəlliyə malik bir qadın yaxınlıq istədiyi zaman (nəfsinə üsyan edib) “Mən Allahdan qorxuram” deyən adam, (altıncısı) sol tərəfindəki adama sağ tərəfindəki adamın hiss etməyəcəyi şəkildə gizli sədəqə verən, (yeddincisi) tək-tənha olduğu zaman Allahı xatırlayıb gözləri yaşla dolan”

1. 900 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Saleh qullara müstəsna mükafatlar

“Mən saleh qullarıma o biri dünyada elə şeylər hazırladım ki, nə göz görmüş, nə qulaq eşitmiş, nə də kimsənin xəyalına gəlmişdir”

1. 849 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Əxlaqın təməli nədir-din, yoxsa ağıl?

Vicdan və ağlın müştərək olaraq tapdıqlarının həqiqətən doğru dəyər olduğundan necə əmin ola bilərik? İnsana aid dəyərləri başqa dəyərlərlə müqayisə etməli deyilikmi?Dəyərləri qoyan insan bunları öz istəyinə və başqalarının əleyhinə dəyişdirmək istəsə nə etməliyik? Dəyərləri hansı üsulla və necə mühafizə edəcəyik? Dəyərləri müəyyən sahələrdən olan mütəxəssilər təyin edə bilərmi? Qoruyucusu dövlətdirmi, yoxsa cəmiyyətdirmi? Dəyərlər hansı tarixin, cəmiyyətin məhsuludur? Hansı dəyərlər ümumbəşəri və dəyişməz həqiqətlərdən ortaya çıxmışdır?

5. 319 dəfə oxunub 0 şərh yazılıb