Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi namaz qılarsa, keçmiş günahları əfv olunar.
Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”
Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır”.
Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.
Quranı Kərimdə Qədir gecəsinin varlığı və fəziəti bizzat Allah tərəfindən bildirildiyi halda hansı gecə olduğu qeyd edilməmişdir. Hər nə qədər Ramazan ayının irmi yeddinci gecəsinin Qədir gecəsi ola biləcəyinə dair ümmətin ümumi bir qəbul və tərcihi olsa da bu ola bilmə ehtimallarından sadəcə biridir.
Qurani Kərimin 97-ci surəsi olan Qədir surəsində bu gecənin min aydan daha xeyirli olduğu bildirilmişdir. Həmçinin bu gecə mələklərin və ruhun yer üzünə endiyi və səhər açılana kimi əmin-amanlığın, xeyir-bərəkətin hər tərəfi bürüdüyü bildirilir. Bu gecənin əhəmiyyəti haqqında Peyğəmbərimizin (s.ə.s.) hədislərində isə belə buyrulur: “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədir gecəsi namaz qılarsa, keçmiş […]
Tibb mütəxəssislərinin fikrincə, oruclu şəxslərdə adrenalin və kortizon hormonları qana daha asanlıqla qarışır. Bu hormonlar xərçəng hüceyrələrinə də təsir göstərir və xərçəngə qarşı sanki qalxan funksikyasını yerinə yetirir yəni xərçəng hüceyrələrinin çoxalmasına mane olur.
Sual: Təyyarə ilə səfər edən oruclu şəxs orucunu necə açmalıdır? Cavab: Ramazan ayında səfər edən şəxs oruc tutmaya bilər. Quranda belə buyurulur; “Sizdən kim xəstə olar və ya səfərdə olarsa, tutmadığı orucun sayı qədər başqa günlərdə tutsun.”
Sual:Ramazan ayında tutulmayan orucların qəzası mütləq növbəti Ramazana qədər tutulmalıdırmı? Cavab: Ramazan orucunun qəzasının üzr olsun və ya olmasın ömür boyu tutulması mümkündür. Lakin buna baxmayaraq, şübhəsiz ki, imkan daxilində ən tez müddətdə tutulması müstəhəbdir. Bundan başqa, şafeilərə görə, qəzaya qalan bir oruc gələn ramazana qədər qəza edilməlidir. Əks təqdirdə bu ramazan ayından sonra həm […]
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.
Nəzir insanın fərz və ya vacib olan hər hansı ibadəti edəcəyinə dair Allaha verdiyi sözdür. Nəzir sözünün əvəzinə əhd sözü də işlədilir.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.
Qəməri təqviminin doqquzuncu ayı ramazan adlanır. Ramazan Müsəlmanların oruc tutmaqla mükəlləf olduğu, dinimizdə uca və müqəddəs sayılan bir aydır. Əvvəlinə şəhr (ay) sözü əlavə olunaraq “شَهْرُ رَمَضَانَ” “şəhri-razaman” (ramazan ayı) şəklində də işlənir.
Sual: Qütblərdə necə oruc tutulmalıdır? Qütblərdə oruc da həmin əraziyə ən yaxın və normal gecə-gündüz müşahidə olunan ölkənin saatına uyğun tutulmalıdır.
“Sizdən biriniz oruclu olanda xurma ilə iftar etsin. Çünki, xurmada bərəkət var. Əgər xurma tapa bilməsə su ilə orucunu açsın. Çünki, su çox təmizləyicidir.”
Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.
Fitrənin vacibliyi üçün lazımi şərtlər bunlardır: İlk növbədə fitrə verməklə məsul olan şəxs müsəlman olmalıdır. İkinci şərti bir şəxsin fitrə sədəqəsi ilə məsul olması üçün imkanlı olmalıdır.
Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.