Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?
Cavab: Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur:
“Cənnətdə “Rəyyan” adlı qapı var. Qiyamət günü həmin qapıdan ancaq oruclular daxil olacaq, onlardan savayı heç kim girməyəcək. “Oruclular hardadır?” – deyə səslənəcəklər. Onlar da həmin qapıdan daxil olacaqlar. O qapıdan onlardan başqası girə bilməz. Oruclular girəndən sonra həmin qapı bağlanacaq.”[1]
Cənnətə girəcək bütün möminlərin oruc tutduğunu söyləmək çətindir. Çünki müsəlman olub oruc tutmadığı halda, əfv edilərək Cənnətə girənlər də ola bilər. Həmçinin, oruc tutacaq yaşa çatmadan ölənlər də bu qapıdan girməyə bilərlər. Allah xüsusi lütfü olaraq Rəyyan qapısını sadəcə oruc tutanlara vəd etmişdir. Ancaq Cənnətin birdən çox qapısı var. Bir çox müsəlman da bu qapılardan Cənnətə girə biləcəklər.
Cənnətin səkkiz qapısının olduğu bildirilir: Namaz qapısı, Rəyyan qapısı, sədəqə/zəkat qapısı, xeyir qapısı, tövbə qapısı, qəzəblərinə hakim olaraq insanları bağışlayanların qapısı, riza qapısı, hesaba çəkilməyənlərin qapısı…
Bu qapıları eşidən Həzrət Əbu Bəkr:
“Ya Rəsulullah! Bir insanın bu qapıların hamısından çağırıla bilərmi?” deyə soruşanda “Bəli, sənin də onlardan olacağını ümid edirəm.” Cavabını aldığı nəql olunmuşdur.“[2]
Orucdan çətin müalicə olunan və qıcqırma nəticəsində meydana gələn bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda, qəbizliyin artmasının qarşısını alan ən münasib vasitələrdən biri də orucdur.
Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.
Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.
Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.
Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.