2. 634 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani Kərimin 97-ci surəsi olan Qədir surəsində bu gecənin min aydan daha xeyirli olduğu bildirilmişdir. Həmçinin bu gecə mələklərin və ruhun yer üzünə endiyi və səhər açılana kimi əmin-amanlığın, xeyir-bərəkətin hər tərəfi bürüdüyü bildirilir.

Bu gecənin əhəmiyyəti haqqında Peyğəmbərimizin (s.ə.s.)  hədislərində isə belə buyrulur: “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədir gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar“.

“Ramazan ayı gəldi, o mübarək bir aydır, o ayın orucunu Allah sizə fərz buyurdu. O ayda Cənnət qapıları açılır, Cəhənnəm qapıları qapanır və şeytanlar zincirə vurulur. Onda bir gecə vardır ki, min aydan daha xeyirlidir. O gecənin xeyrindən məhrum qalan həqiqətən məhrum qalmış sayılır.” (Əhməd ibn Hənbəl, Nəsəi)

 “Qədim dövrlərdə yaşayan insanların ömür müddəti Peyğəmbərimizə göstərildi. Bunu görən Rəsulullah (s.a.s.):  “Allahım, başqa ümmətlərin uzun ömürdə edə bilmədiyi (xeyirli) əməllərə ümmətimə qısa ömürdə nəsib et”, – deyə dua etdi. Allah da Ona min aydan daha xeyirli olan Qədir gecəsini bəxş etdi”. ( Muvatta, Etiqaf 6)

  Allah Rəsulu ələlxüsus Ramazan ayının son on günü etiqafa çəkilər, ailə fərdlərini də bu günləri dua və ibadətlərlə keçirməyə təşviq edərdi. Hər sahədə olduğu kimi ibadət həyatında da rəhbərimiz olan Rəsulullahın əhəmiyyət verib, həsassaslıqla yaşadığı bu günləri əbədi qurtuluşumuz üçün vəsilə bilməliyik.

  Yuxarıda qeyd etdiyimiz ayə və hədislərin işığında deyə bilərik ki, inanlar üçün Qədir gecəsini idrak etmək mühimdir. Bu gecəni dərk edib, ibadətlə keçirən şəxs 83 illik ibadət savabı qazanar. Tövbə edib Allaha niyaz edərsə günahlarının əvf olunmasına vəsilə ola bilər.



Açar sözləri

gecə qədr

Bənzər məqalələr

Peyğəmbərimizin qədr gecəsi

Qədir gecəsi “Gecələrin şahı” adlandırılmışdır və mübarək gecələrin ən üstünü sayılır. Qiyamətə qədər bütün insanlara dünya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş günü və bunun ildönümləri, əlbəttə ki, müstəsna gündür və qeyd olunmağa dəyər.

Qədir gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan[1] dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Qurani-Kərimdə “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185) buyurulur.

Qədr gecəsinin vaxtı və əlamətləri

Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.

Şaban ayı və Bəraət gecəsi

Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.

Nə üçün gecə yox, gündüz oruc tuturuq?

Alimlər sübut etmişlər ki, orqanizmdəki enerji gündüz və gecəyə müvafiq olaraq tənzimlənir. Belə ki, orqanizm gündüzlər daha enerjili olur.

Qədr gecəsinin feyz və bərəkəti

Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar.


Şərh yaz