Sual: Qütblərdə necə oruc tutulmalıdır?
Bir bölgədə hər hansı namazın vaxtı tam olaraq təyin oluna bilmirsə, namazı həmin yerə ən yaxın bölgənin vaxtına əsasən qılmaq lazımdır. Oruc ibadətində də vəziyyət namazda olduğu kimidir. Qütblərdə oruc da həmin əraziyə ən yaxın və normal gecə-gündüz müşahidə olunan ölkənin saatına uyğun tutulmalıdır.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”. Hər il zamanın bu mübarək diliminə qədəm qоyanda sanki bir daha ilahi aləmlərin о sеvincli, о nəşəli günlərinə qоvuşuruq.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız, qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir. […]
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.