Aylıq namaz vaxtları
Titrək niyazlar

Bismilləhir-rahmənir-rahim Rəhman və Rəhim Allahın adı ilə! Allahım! Səndən dünya və axirətdə əfv və afiyət istəyirəm. Ey mərhəmətlilər Mərhəmətlisi, Cəlal və İkram sahibi Rəbbim, nə olar bizə də dünyada və axirətdə əfv və afiyət nəsib elə. “Allah bizə yetər, O, nə gözəl himayədardır!” “O, nə gözəl Mövla və nə gözəl yardımçıdır!” Güc və qüvvət yalnız […]

4. 478 dəfə oxunub 0 şərh yazılıb
İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

13. 856 dəfə oxunub 5 şərh yazılıb
Balıqçı və oğlu

Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]

3. 014 dəfə oxunub 0 şərh yazılıb
İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

141. 231 dəfə oxunub 1 şərh yazılıb
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

8. 392 dəfə oxunub 0 şərh yazılıb
Əbdülqadir Geylaninin bir duası

Uca Allahım! Yolda qalmışıq, bizi doğru yolu göstər! Fəqirliyimizə, zəifliyimizə və acizliyimizə dərman ol, günahlarımızı bağışla. Allahım, inayətinlə bizə qüvvət ver. Lədün elmindən bizə öyrət… İslam üzrə sabitqədəm eylə.

2. 173 dəfə oxunub 0 şərh yazılıb
Salavat gətirməyin hikməti

Hər fürsətdə Peyğəmbərimizə (əleyhissəlatu vəssalam) səlat və salam göndərmək bir vəfa borcudur. Çünki hər bir səlat və salam həm Onun peyğəmbərliyini bir daha təbrik etmək, həm gətirdiyi əbədi səadət müjdəsinə bir təşəkkür bildirmək və həm də fərmanlarına itaət və beyəti təzələmək mənasına gəlir

5. 517 dəfə oxunub 0 şərh yazılıb
Fərəc duası

Ey bəndələrinin gözlərinə mərifət bağçalarını göstərən və dillərini həmdlə coşduran mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasın.

5. 700 dəfə oxunub 0 şərh yazılıb
Necə dua edək ki, Allah qəbul etsin?

Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mə­nə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]

18. 214 dəfə oxunub 1 şərh yazılıb
Rəsulullahın (s.ə.s) təhəccüdə qalxanda oxuduğu dua

Allahım, Sənə həmd olsun. Sən səmaları, yeri və içində olanları var edən Qayyumsan. Sənə həmd olsun. Sən səmaların, yerin və içindəkilərin həqiqi sahibi olan Məliksən. Və Sənə həmd olsun, Sən səmaların, yerin və içindəkilərin Nurusan.

5. 663 dəfə oxunub 2 şərh yazılıb
tesvir
Uşaq və dua

Balaca uşaq sahildə oturmuş, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Artıq bir saat idi ki, dənizə baxırdı. Onun bu vəziyyəti sahildə balıqçıları gözləyən qocanın da diqqətini cəlb etmişdi. Qoca yavaş-yavaş ona yaxınlaşdı: “Hər vaxtın xeyir, igid!” – dedi, – “Bu gün dəniz çox gözəldir, elə deyilmi?” Uşaq dalğın nəzərlərlə dənizə baxmaqda davam edirdi.

5. 164 dəfə oxunub 0 şərh yazılıb
Həmişə dua etmək

Çox vaxt dara düşəndə və çarəsiz qalanda əl açıb “Ya Rəbbi!…” deyirik. Başqa vaxtlarda elə hərəkət edirik, elə davranırıq ki, sanki, Allaha ehtiyacımız yoxdur. Halbuki ömrün elə bir anı, elə bir saniyəsi yoxdur ki, Allaha möhtac olmayaq. Qəribədir ki, insan yalnız darda qalanda, çətinliyə düşəndə Allaha möhtac olduğunu hiss edir. Halbuki o hər an bu ehtiyacın şüurunda olmalıdır.

9. 975 dəfə oxunub 1 şərh yazılıb
Dünya sıxıntılarının sovuşması üçün dua

Ey hər zaman tərtəmiz ruhları lütf və ehsanlarıyla sevindirən, təqva yamaclarında yaşayan könül ərlərinin əndişələrini aradan qaldıran və bəndələrinin ehtiyaclarını ən münasib şəkildə yerinə yetirən Sultanlar Sultanı!

2. 643 dəfə oxunub 0 şərh yazılıb
Titrək niyazlar

Allahım! Dünyanın dörd bir yanında məzlum, məğdur və dağınıq vəziyətdə olan qardaşlarımıza, dostlarımıza, bizi sevənlərə çıxış yollarını göstər!

2. 774 dəfə oxunub 0 şərh yazılıb
Duanın psixoloji faydaları

Dua etmək ehtiyacı insanda yaradılışdan vardır. Bu səbəbdəndir ki, dua bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan bu və ya başqa şəkildə dua edir. İnsanlar ömür karvanında bir çox müşküllərlə qarşılaşır, kədər, çətinlik, acizlik, çarəsizlik və ümidsizliyə düçar olurlar. Dua insanda psixoloji bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir.

8. 187 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

11. 963 dəfə oxunub 1 şərh yazılıb
Sevdiyin şəxsə qovuşmaq üçün dua etmək olarmı?

Sual: Mənim sinfimizdəki bir qızdan xoşum gəlməyə başladı. Lakin onunla heç vaxt danışmamışam. Onu cəmi bir neçə dəfə görmüşəm. Görəsən onu Rəbbimdən istəmək və ya onu mənə nəsib eləsin deyə dua etmək doğrudurmu?

54. 285 dəfə oxunub 3 şərh yazılıb
tesvir
Duaları müəyyən bir saya görə oxumaq doğrudurmu?

Sual: Bəzi dua kitablarında duaların müəyyən sayda oxunması haqqında məlumatlar var. Məsələn, bildirilir ki, səlatı-təfriciyə duasını 4444 dəfə oxumaq lazımdır. Dinimizdə duaları müəyyən bir saya görə oxumaq doğrudurmu?

6. 377 dəfə oxunub 2 şərh yazılıb
tesvir
Duada niyyət necə olmalıdır?

Deyirlər ki, “dua bir übudiyyətdir. Dünyəvi istəklər duada əsas məqsəd halına gəlməməlidir. Xəstəlik və ya hər hansısa bir müsibətin baş verməsi duanın vaxtının gəlib-çatdığına işarədir”. Lakin 4444 dəfə səlatı-təfriciyə duası və ya 19 dəfə Fətih surəsi və bənzərləri bəla baş verdikdən sonra, bəlanın uzaqlaşması üçün oxunur. Belə hallarda necə niyyət edilməlidir?

5. 716 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İşlərim düz gətirmir

25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki, dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?

6. 350 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin