Aylıq namaz vaxtları
35. 657 dəfə oxunub ,   0 şərh   Çap et

Bir şeyi itirəndə oxunan dua

Hər hansı bir şeyini itirən şəxs dəstəmaz alıb, iki rükət namaz qılmalı və sonra da belə dua etməlidir:

 

بِسْمِ اللَّهِ يَا هَادِي الضَّالِّ وَرَادَّ الضَّالَّةِ اُرْدُدْ عَلَيَّ ضَالَّتِى بِعِزَّتِكَ وَسُلْطَانِكَ فَإِنَّهَا مِنْ عَطَائِكَ وَفَضْلِكَ. اَللَّهُمَّ رَادَّ الضَّالَّةِ وَهَادِيَ الضَّلَالَةِ أَنْتَ تَهْدِي مِنَ الضَّلَالَةِ اُرْدُدْ عَلَيَّ ضَالَّتِي بِقُدْرَتِكَ وَسُلْطَانِكَ فَإِنَّهَا مِنْ عَطَائِكَ وَفَضْلِكَ

Oxunuşu:

Bismillah ya hadid-dalli və raddid-dalləti urdud aleyyə dalləti bi-izzətikə və sultanikə fə innəhu min ətaikə və fadlikə. Allahummı raddəd-dalləti və hadiyəd-dalaləti əntə təhdi minəd-dalaləti urdud aleyyə dalləti bi-qudrətikə və sultanikə. Finnəhə min ətaikə və fadlikə

Mənası:

Bismillah, Allahın adı ilə. Ey zəlalətdə olanlara hidayət edən! Ey itəni geri qaytaran! İzzətin və səltənətin hörmətinə itirdiyimi mənə geri ver. Çünki onu Sən vermişdin, Sənin lütfün idi.

Ey itəni geri gətirən, zəlalətdə olanları hidayət edən Allahım! Zəlalətdən hidayətə çıxaran Sənsən. Qüdrətin və səltənətin haqqı üçün itirdiyimi mənə geri ver. Çünki onu Sən vermişdin, Sənin lütfün idi.

 




Bənzər məqalələr

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!

Dua, dua, dua – 3

Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Dua dua dua

Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru!


Şərh yaz