Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Nafilə oruclar bütün mübah günlərdə tutula bilər. Ancaq bəzi günlərdə oruc tutmaq daha fəzilətlidir. Həmin günlərdən biri də Ərəfə günüdür.
Həccə getməyənlərin zilhiccə ayının doqquzuncu (ərəfə) günü oruc tutması müstəhəbdir. Rəsulullah (s.a.s.) bu haqda belə buyurmuşdur:
“Allahdan ümid edirəm ki, Ərəfə günü tutulan oruc bundan əvvəlki və sonrakı bir ilin günahlarını örtəcək.”[1]
Bundan əlavə Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutması məkruhdur. Həzrət Hafsa (r. anha) belə deyir:
“Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucunu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.”[2]
maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır
Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.
Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.