Mənəviyyata Açılan Pəncərə

Şəvval yoxsa, qəza orucu?!

 Şəvval ayında altı gün nafilə oruc tutmaq sünnətdir. Bu orucun əvəzinə qəza orucu tutmaq olarmı? 

Ramazandan sonrakı şəvval ayında altı gün oruc tutmaq sünnədir. Bu orucu ayrı-ayrı günlərdə və ya ard-arda tutmaq olar. Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar.” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Savm, 52).

Bir oruca iki niyyət edilməz. Şəvval orucu nafilə orucdur, ramazan orucunun qəzası isə fərzdir. Ən gözəli öncə ramazan orucunu qəza edin. Vaxt çatdıra bilsəniz şəvvalı da tutarsınız. Çünki Ramazan ayından qəzası olan ayı tamamlamamış sayılır. Ramazan tamamını tutub şəvvaldan da 6 gün tutan o savabı əldə etmiş olar.

Exit mobile version