1. 504 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Rəsulullah (s.ə.s.) Muaz ibn Cəbəli (r.a.) Yəmənə göndərərkən:

Zəkatı oranın zənginlərindən al və oranın kasıblarına payla,” − buyurmuşdur.[1]

İslam alimlərinin əksəriyyətinə görə, müsəlman cəmiyyətdə yaşayan qeyri-müsəlmanlara  (zimmilərə) zəkat vermək olmaz. Çünki zəkat müsəlman yoxsulların haqqıdır və onlara verilməlidir. Üstəlik zəkat müsəlmanlara fərzdir. Buna görə də müsəlman varlılardan alınıb, müsəlman kasıblara verilməlidir. Qeyri-müsəlmanların isə zəkat vermək kimi bir öhdəliyi yoxdur. Bu səbəbdən onlara zəkat düşmür.

Bəzi fəqehlər Həzrət Ömərin zəkatın veriləcəyi yerlər ayəsində “miskinlər” ifadəsi haqqında “bunlar Əhli-kitabın yoxsullarıdır” sözünə əsaslanaraq, zəkatın zimmilərə də verilə biləcəyini deyirlər. Hənəfi fəqehlərindən İmam Züfər də bu fikirdədir. Çünki zəkat Allahın razılığını qazanmaq üçün ehtiyacı olanların ehtiyaclarını qarşılamaqdır. Bunu yoxsul zimmilərə zəkat verməklə də etmək mümkündür.

Qəlbləri İslama isinişsin deyə, qeyri-müsəlmanlara zəkat və fitrə verilə bilər. Bununla müəlləfeyi-qulub adlanan həmin şəxslərin müsəlmanlara bir zərər verməyəcəyi və faydası toxunacağı ümid edilir.

Hənbəli məzhəbinə görə, müəllefeyi-quluba zəkat vermək olar. Müasir İslam alimlərindən bəzilərinə də eyni fikirdədir.

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır![2]

Əksər İslam alimlərinə görə, bu ayəyə əsasən yoxsul zimmilərə nafilə sədəqələr vermək caizdir. Çünki ayədə müsəlman və ya zimmi yoxsul arasında hər hansı fərq qoyulmamışdır.

Əbu Yusif, İmam Şafei və bəzi alimlərə görə isə, zimmilərə zəkat verilməyəcəyi kimi sədəqə də verilmir.[3]


[1] Buxari, Zəkat, 1, 63, Tövhid, 1, Məğazi, 60; Müslim, İman, 7, 29; Əbu Dabud, Zəkat, 5; Tirmizi, Zəkat, 6.
[2] Bəqərə, 2/271.
[3] Bax: əl-Fətaval-Hindiyyə, I, 176; Züheyli, İslam fıkhı ansiklopedisi, II, 883-4.



Bənzər məqalələr

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Fitrə pulla yoxsa mal ilə verilməlidir?

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Səfərə çıxarkən sədəqə vermək

Səfərə, yolçuluğa, səyahətə çıxanda sədəqə veririk. “Az sədəqə çox bəlanı dəf edər.” deyirlər. Səfərə çıxarkən sədəqə verməni necə başa düşməliyik


Şərh yaz